“Qaşıqçının qətli barədə əmrin rəhbərlikdən gəldiyini bilirik” - Ərdoğan
12:25 03.11.2018
Arxiv
728
Jurnalist Camal Qaşıqçının öldürülməsi barədə əmr Səudiyyə Ərəbistanının yüksək vəzifəli şəxsləri tərəfindən verilib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu açıqlama Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "The Washington Post” qəzeti üçün yazdığı məqalədə yer alıb.
"Heç kim NATO müttəfiqinin ərazisində belə cinayət törətməyə cürət etməməlidir. Bu xəbərdarlığa məhəl qoymayanlar ciddi nəticələrlə qarşılaşacaqlar”, - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti qeyd edib ki, cinayətin baş verdiyi gündən bəri dövlət əlində olan bütün imkanları səfərbər edərək qətlin əvvəlcədən planlaşdırılan sui-qəsd olduğunu bütün dünyaya sübut edib.
"Camal Qaşıqçının qətli barədə əmrin Səudiyyə Ərəbistanı rəhbərliyindən gəldiyini bilirik”, - Ərdoğan məqaləsində belə yazıb. O, əmrin kim tərəfindən verildiyi və jurnalistin cəsədinin harada olduğu barədə suallara cavab tapılması üçün əllərindən gələni edəcəklərini deyib.
Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə Camal Qaşıqçının qətlindən sonra Səudiyyə Ərəbistanında həbs olunan 18 nəfərin arasında cinayətin birbaşa icraçılarının olduğunu bilir.
Türkiyə prezidenti, eyni zamanda Ankaranın Ər-Riyadla dost münasibətlərinin olduğunu və cinayətin iki ölkə arasında problemə yol açmadığını vurğulayıb, eyni zamanda, jurnalistin öldürülməsi barədə əmrin kral Salmandan gəlmədiyinə tam əminliyini ifadə edib.
Xatırladaq ki, Camal Qaşıqçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də sonradan cinayətin planlı şəkildə törədildiyini etiraf edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət