Qayınana, qayınata arasında dava düşür

220 manat müavinət şəhidin xanımına və ya övladına verilməlidir



Millət vəkili Zahid Oruc şəhid ailələrinə verilən müavinətlərin ailə üzvləri arasında bölünməsi ilə
bağlı narahatlığını ifadə edib. Şəhid ailələrinə 220 manat müavinət verildiyini vurğulayan millət
vəkili deyib ki, bu vəsait qayınata, qayınana və şəhidin həyat yoldaşı arasında bölünür.
Bununla da, şəhid ailəsinə düşən vəsait azalır: "Təklif edirəm ki, bu vəsait şəhidin həyat yoldaşına verilsin”.

Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Həvva Məmmədova da "Şərq”ə
açıqlamasında Zahid Orucun fikirlərini dəstəklədiyini deyib: 

"Bu çox incə məsələdir. Amma istənilən halda bir tənzimləmə mexanizmi olmalıdır. Əgər şəhidin həyat yoldaşı və övladı varsa, aylıq müavinət mütləq onlara verilməlidir. Əks halda, onun xanımının, övladının problemlərini, çətinliklərini kim həll edəsidir? Əgər şəhid subaydırsa, o zaman həmin müavinət ata-anasına verilməlidir. Şəhidin ailəsi onun ata-anası ilə yaşadığı halda isə burada bölgüyə heç bir ehtiyac qalmır. Əslində, bu elə bir həssas məsələdir ki, hesab edirəm ki, qabardılması belə şəhidin ruhunu narahat edə bilər. Bizim mentalitetimizdə gəlinlə qayınana, qayınata arasında heç vaxt pulun haqq￾hesabı aparılmayıb. Amma son zamanlar mən də eşidirəm ki, şəhidlərimizin həyat yoldaşı ilə ata￾anaları arasında müavinət üstündə mübahisələr yaşanır. Bu isə məni çox üzür. Ola bilsin, gəlinlərcavandır, anlamırlar. Heç olmasa, ata-analar şəhid övladlarının xətrinə onun ailəsini yola versinlər, ruhunu incitməsinlər. Dünya malı nədir ki, onun üstündə torpaq uğrunda canından keçən
şəhidlərimizin adı hallandırılsın!”

Şəymən