"Vətəndaş müəyyən olunmuş illik istehlak həcmini - 1700 kubmetri keçirsə, avtomatik qaz 20 qəpikdən vətəndaşa satılır"
"Sakinlər bunun hesablanmasını aparmadığı və hissə-hissə ödəniş həyata keçirdiyi üçün həmin həddi keçdiyini bilmir. Bu vəziyyətdə onların narazılıq etməsi əsassızdır"
"Vətəndaşların qaz kartlarından olan şikayətləri əsassızdır”.
Bunu "Sherg.az”a vətəndaşların qaz kartları ilə bağlı şikayətlərinə münasibət bildirərkən iqtisadçı ekspert Fuad İbrahimov deyib.
O bildirib ki, vətəndaşların yüklədikləri məbləğin yarısının silinməsi diferensiallaşmış tarif ilə bağlıdır:
"Məsələnin mahiyyəti obyektivdir. Bu şikayətlər sadəcə vətəndaşların diqqətsizliyindən irəli gəlir. Tarif Şurasının təsdiq etdiyi, diferensiallaşmış tarifə əsasən cari il ərzində vətəndaşlara kubu 10 qəpikdən qaz satılır. Əgər vətəndaş müəyyən olunmuş illik istehlak həcmini - 1700 kubmetri keçirsə, avtomatik qaz 20 qəpikdən vətəndaşa satılır. Sakinlər bunun hesablanmasını aparmadığı və hissə-hissə ödəniş həyata keçirdiyi üçün həmin həddi keçdiyini bilmir. Bu vəziyyətdə onların narazılıq etməsi əsassızdır
Sayğacda digər texniki problem yarana bilər. Yaxud ödəmə sistemlərində texniki nasazlıq ucbatından vəsaitlər yüklənməyə bilər. Lakin istənilən halda pulun 50 faizinin silinməsi haqqında fikirlər yanlışdır ”.
Qeyd edək ki, son bir neçə gündə «PayPoint» köşklərində qaz pulu üçün ödəmələrlə bağlı narazılıqlar artıb. Belə ki, müraciət edən sakinlər "Azəriqaz"ın smartkartına ödəniş etdiklərini və pulun sonradan kartdan silindiyini bildirirlər.
Aysel Aslan