Qazax-Bakı sərnişin qatarı Şəmkir sakinini vurdu




Şəmkir rayon sakinini qatar vurub.
DİN-in saytının verdiyi məlumata görə, avqustun 18-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində, Qazax-Bakı sərnişin qatarı ilə Sabirkənd kənd sakini Xaliq Bayramov vurulub. X.Bayramov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.