"Qəbir pulla satılmır"

Mübariz Qurbanlı muzeyə oxşar qəbristanlardan şikayətləndi


 "Qəbiristanlığa girən zaman elə bilirsən ki, muzeyə girisən. Bu, düzgün deyil”. ANS TV-nin məlumatına görə, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün "Müasir Dövrün Çağırışları: ailə institut və dini dəyərlərin vəhdəti" mövzusunda keçirilən konfransda bildirib.
M.Qurbanlı hesab edir ki, qəbiristanlıqda məzar daşları biri-birindən fərqlənməməlidir. Bununla bağlı qanun layihəsi də hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Məqsəd islami dəyərlərin qorunmasıdır.
Komitə sədri hazırda qəbr yerlərinin pulla satılmasının da düzgün olmadığını deyib. O məzar yerlərinin pulla verilmədiyini və müəyyən rüsumların olduğunu açıqlayıb.
M.Qurbanlı belə hallarla rastlaşan insanları müvafiq qurumlara və komitəyə müraciət etməyə çağırıb.