Eyyub Hüseynov: "Braziliyada olarkən da bu yağın Avropada açıq şəkildə satıldığının şahidi olmuşam"
Qədərində istifadə olunduqda palma yağının zərəri yoxdur
09:06 19.03.2019
Arxiv
1949
Təbii inək yağı ilə 7 milyardlıq əhalinin yağ ehtiyacını təmin etmək mümkün deyil
Eyyub Hüseynov: "Braziliyada olarkən da bu yağın Avropada açıq şəkildə satıldığının şahidi olmuşam"
Eyyub Hüseynov: "Braziliyada olarkən da bu yağın Avropada açıq şəkildə satıldığının şahidi olmuşam"
"Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gözəl media nümayəndələri ilə görüşü zamanı palma yağının super yağ olduğunu deyib.
Palma yağından Avropada, Amerikada, dünyanın hər yerində geniş istifadə olunduğunu vurğulayan sədr hesab edir ki, hər yağın öz istifadə yeri var: "Palma yağı şirniyyat sənayesi üçün məqsədəuyğundur. Bir çox uşaq qidalarında palma yağından geniş istifadə edilir. Mən özüm Asiyada palma sahələri və palma yağının istehsalı ilə tanış olmuşam. Palma yağı super yağdır. Sadəcə müxtəlif vaxtlarda bu yağı gözdən salmağa çalışıblar. Əvvəllər soya yağı istehsalçıları bunu edirdilər. İndi dünyada soya yağı palma yağına qarşı mövqeyini itirib". Qeyd edək ki, "Azərsun Holdinq" bir sıra məhsullarının istehsalında palma yağından istifadə edir.
Hansı ki, bu yağın arzuedilməz olduğunu diqqətə çatdıran ekspertlər onun insan orqanizmi üçün ziyanlı olduğunu iddia edirlər. Söyləntilərə görə, palma yağı orqanizmə daxil olduqdan sonra xaric olma prosesi ləng getdiyinə görə orqanizmdə şlakların yığılıb qalması ilə nəticələnir. Hətta palma yağından uzun müddət istifadə etmək xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər.
"Medical Plaza" Klinikasının terapevt-qastroenteroloqu Sevindik Arazov "Şərq”ə açıqlamasında palma yağının insan səhhəti üçün ciddi zərəri olmadığını deyib. Onun sözlərinə görə, qədərində istifadə edildikdə palma yağının insan orqanizminə heç bir zərəri yoxdur: "Dahi Nizami Gəncəvinin gözəl bir kəlamı var:
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.
Təkcə palma yağları yox, miqdarından artıq istifadə edildikdə hər qida insan orqanizmi üçün zərərlidir. Təbii inək yağı ilə 7 milyardlıq əhalinin yağ ehtiyacını təmin etmək mümkün deyil. İstənilən halda transyağlardan istifadə olunmalıdır. Təbii ki, müxtəlif qidaların tərkibinə qatılan palma yağının miqdarı standartlara uyğun olmalıdır. Düzdür, bəzən qida üçün istifadəsi nəzərdə tutulmayan palma yağının kərə yağının tərkibinə qatılması kimi iddialar səslənir, amma nə dərəcədə əsaslıdır bilmirəm. Fakt budur ki, bugünkü qida sektorunda palma yağlarından istifadə olunur. Palma yağı hazır yeməklərin və yarımfabrikatların hazırlanmasında ən geniş istifadə olunan yağdır. Buna səbəb bu yağın nisbətən ucuz olmasıdır”.
Palma yağının zərərsiz olduğunu vurğulayan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, daha ucuz olan, qida üçün istifadəsi qəti qadağan edilmiş texniki palma yağının qidaya qatılması böyük yanlışlıqdır:
"Palma yağının 2 növü var. Qida üçün nəzərdə tutulan yağ palmanın tumundan, texniki növü isə gövdəsindən hazırlanır. Yediyimiz yağa texniki növü qatsalar, bu, insan orqanizmi üçün zərərli olardı. Bütün bunları da mən 3 il əvvəl İstehlakçı Hüquqlarını Qoruyan təşkilatların dünya Konqresində olan zaman bildim. Braziliyada olarkən da bu yağın Avropada açıq şəkildə satıldığının şahidi olmuşam. Palmanın dənəsindən hazırlanan yağ normaldır və dünyaya əsasən İndoneziyadan paylanılır. Gövdəsindən hazırlanan yağlar isə daha çox sabunların və parfumeriyaların istehsalında istifadə olunur. Konqresdə iştirak edənə qədər mən də palma yağları haqqında mənfi fikirləşirdim. Sonradan mənə izah etdilər ki, bu yağlar ucuz olduğu üçün MDB məkanında bitki yağı biznesi ilə üst- üstə düşür və buna görə də böyük basqı var”.
AİB sədrinin sözlərinə görə, Azərbaycana gətirilən palma yağları qida üçün nəzərdə tutulan növdür və Qida Təhlükəsizliyi Agentliyi bu sahəyə ciddi nəzarət edir: "Əhalinin narahatlığı üçün heç bir əsas yoxdur. Bu yağlar haqqında yayılan məlumatlar iqtisadi-siyasi mahiyyətlidir. MDB-nin duru yağ bazarına palma yağları girməsin deyə, onun insan orqanizmi üçün zərərli olduğu, hətta xərçəng mənbəyi olması kimi məlumatlar yayılır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya