Qənirə Paşayeva Kastamonu Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans keçirib
09:18 26.02.2018
Arxiv
1250
Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Kastamonu Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans keçirib. "Sherg.az"ın məlumatına görə, millət vəkili yüzlərlə gənc və müəllimin iştirak etdiyi tədbirdə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib.
Tədbirin açılışında Kastamonu Universitetinin rektoru Prof.Dr. Seyid Aydın çıxış edərək Xocalı soyqırımından danışıb.
Millət vəkili Xocalı soyqırımı zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb.
Gəncləri sosial mediyada daha da aktiv olmağa, dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdırmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağa çağıran millət vəkili çıxışını "inşallah, gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil” deyərək bitirib.
Tədbirdə Kastamonu Universitetinin rektoru və universitet rəsmiləri çıxış edərək Q.Paşayevaya verdiyi konfrans və geniş məruzə üçün təşəkkürlərini bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıb və ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər.
Millət vəkili Q. Paşayeva müəllimlərə və gənclərə Türkiyədə yeni çapdan çıxmış kitabları "Turan yolçusu” və "Aşk yolçusu”nu, həmmüəllifi olduğu "Karabağ hikayeleri”ni imzalı hədiyyə edib.
Millət vəkili Q.Paşayeva konfransdan sonra Kastamonu Türk və Ülkü Ocaqlarının rəsmiləri,QHT və KİV rəhbərləri, gənclər və qadın təşkilatları ilə də görüşüb fikir mübadiləsi aparıb, jurnalistlərin suallarını cavablandırıb, KİV-lərə Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı geniş müsahibələr verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region
Venesuelada zəlzələ qurbanlarının sayı artır
14:30 19.07.2026
Dünya
Masazır sakinləri narazıdır: Camaatı istidə işıqsız qoyublar!
13:57 19.07.2026
Cəmiyyət