Qənirə Paşayevaya hansı telekanal QADAĞA qoyub? - "Kadra düşməsin"




"Xeyli vaxt idi ki televiziyalarımıza baxmırdım. Səbəbi çox nadir hallarda maraqlı verlişlə rastlaşmağımdır. Bir az əvvəl televizoru açdım ki, bəlkə maraqlı bir şey olar. Açan kimi rayonlarımızdan birindən toy mərasimi verilirdi. 2-3 dəqiqə sonra verlişdə belə bir elan çıxdı.

"Kim öz xeyir işlərini televiziyada görmək istəyirsə bizimlə əlaqə saxlasın" və bu elan bir neçə dəfə təkrarlandı. Adamlar mikrafona "xoşbəxt olsunlar, sənun üçün olsun" kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və.s. Televizoru söndürüb növbəti dəfə öz-özümə "Nə yaxşı ki, vaxtında  televiziyadan getdin" dedim". 

Sherg.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva öz feysbuk səhifəsində bildirib. 

Xanım deputat qeyd edib ki, o vaxtkı ən reytinqli verlişləri xatırlayıb indiki ən reytinqli verlişlərlə müqayisə edəndə adamın ürəyi sıxılır: 

"Bir çox insanlar tez-tez "Qənirə xanım, niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz, axı siz bu sahədən gəlibsiniz?" deyirlər. Bilmirlər ki, fikrimizi deyəndə, bölüşəndə televizyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, "onu efirə çağırmayın" deyə göstərişlər verirlər. Hətta eləsi var ki, deyir Qənirə xanımın tədbirlərdən bir kadrı da bizim efirdə görsənməsin. Operator da yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmir ki, axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki, Qənirə xanım orada görünməsin. Tədbirdə də kadr çəkmək üçün zülm çəkir.Və sonra  köməkçimin yanında rəhbərinin hərəkətindən gileylənərək "Vallah Qənirə xanımın üzünə baxanda utanırıq amma neyləyək" deyir. Mən də uşaqlara narahat olmasın, mən onun vəziyyətini anlayıram və xəbərlər xidmətinə o zehniyyətdə adamın rəhbərlik etdiyi televiziyanın xəbərlərində də verlişlərində də görünməsəm yaxşıdır deyirəm. İnsanlar da deyir gəl bu cür adamlara arada televiziya barədə iradlarını söylə. Eh, nə isə... Allah böyüyən balalarımıza özü kömək olsun!"