“Qərb təklifimizi qəbul etsəydi, Qarabağ münaqişəsi çoxdan həll olunardı” - Lavrov
13:03 01.09.2017
Arxiv
465
"Rusiya NATO ilə münasibətlərin istənilən inkişafında öz təhlükəsizliyini və suverenliyini müdafiə etməyə qadirdir”.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbə heyəti ilə görüşündə deyib. O bildirib ki, NATO-nun avroatlantik regionda hərbi-siyasi vəziyyətin dəyişdirilməsi istiqamətində israrlı səyləri, o cümlədən Rusiya ilə həmsərhəd ərazilərdə hərbi mövcudiyyətini və infrastrukturunu gücləndirməsi xüsusi həyəcan doğurur: "Bu cür qeyri-konstruktiv fəaliyyətlərin təşəbbüskarlarına aydındır ki, hadisələrin istənilən inkişaf variantında biz öz ölkəmizin təhlükəsizliyini və suverenliyini etibarlı şəkildə təmin edə bilərik”.
Nazir qeyd edib ki, Rusiya məsuliyyətli dövlətdir və son 20 ildə ATƏT çərçivəsində, eləcə də Rusiya-NATO Şurasında qəbul olunmuş bəyannamələrə sadiqdir: "Bu bəyannamələrdə tərəflərin Avroatlantika və Avrasiyada bərabər təhlükəsizlik məkanı formalaşdırmaq arzusu, eləcə də heç bir tərəfin öz təhlükəsizliyini digərinin təhlükəsizliyinə zərər gətirəcək şəkildə möhkəmləndirməyəcəyi vədi əksini tapıb”.
S. Lavrov qeyd olunan bəyannamələrin kağız üzərində qalmasından təəssüfləndiyini ifadə edib: "Bizim həmin sənədləri hüquqi öhdəlik şəklinə salmaq cəhdlərimiz Qərbdən olan həmkarlarımız tərəfindən rədd edilib. Mən əminəm ki, əgər bərabər və bölünməz təhlükəsizlik prinsipi doğrudan da hüquqi baxımdan məcburi formaya salınsaydı, hazırda Avropada olan bir çox münaqişələr çoxdan həllini tapardı”.
Rusiya XİN-in rəhbəri həmin münaqişələr sırasına Dağlıq Qarabağ və Dnestryanı ərazidəki münaqişələri adi edib: "Ukrayna böhranı isə heç baş verməzdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya