Qəzada öldü: Orqanlarının xəstələrə bağışlanmasını özü istəmişdi

Antaliyada yolu keçərkən avtomobil vuran Aralıq dənizi Universitetinin tələbəsi Aslıhan Kocapınar ağır yaralı vəziyyətdə xəstəxanada həyatını itirib. Universitet tələbəsi Kuşadasında torpağa tapışırılıb. Memar peşəsinə yiyələnmək istəyən gənc qızın ailəsi Aslıhanın vəsiyyətini yerinə yetirərək 2 böyrəyini və  qaraciyərini  xəstələrə bağışlamış və onun orqanları 3 nəfərə ümid olmuşdu.
 
Qızın  qaraciyəri İzmirdən olan 28 yaşlı bir gəncə nəql edilib. İki böyrəyinin isə Antaliyada olan 2 xəstəyə verilməsi üçün əməliyyatlara başlanıb.
Kocapınarın atası Okan Kocapınar, "Aslıhanımız öldü, başqa Aslıhanlar ölməsin. Qızımın vəsiyyətini yerinə yetirdik və orqanlarını bağışladıq. Xeyli əvvəl anasıyla  söhbət zamanı, ‘Ana, öləcəyim təqdirdə orqanlarımı bağışlayın" deyib. Biz də onun vəsiyyətini yerinə yetirdik" deyə gözyaşlarına boğulur.
Gənc qızın anası Aişə Kocapınar, qızının vəsiyyətini belə anladıb:
"Yazda qızımla  balkonda oturmuşduq. Ankarada bir uşağın ürək nəqli tapılmadığı üçün vəfat etmişdi, qızım çox kədərlənmişdi. Dedi ki, ‘Ana,  mənim vəsiyyətim,  ölsəm bağışlayın, siz ölsəniz də bağışlayın. ‘Mən də edə bilmərəm , orqanlarını bağışlaya bilmərəm, qızım' dedim. Bu zaman cavab qaytardı ki , "haqqımı halal etməm". 
Turan