
QİÇS-ə yoluxanların 32 faiz qadınlardır
16:13 30.04.2018
Arxiv
447
Adil Qeybulla deyib ki, ölkəyə daxil olan şəxslərdən tibbi arayış tələb olunmalıdır
"Bu ilin 3 ayı ərzində İİV-ə yoluxması yeni aşkar olunanların sayı 148 nəfər təşkil edib. Açıqlanan statistikaya əsasən aşkar olunan şəxslərdən 145-i Azərbaycan vətəndaşı, 3-ü isə əcnəbilərdir".

Bu barədə "Sherg.az”a məlumat verən Respublika QİÇS-lə Mübarizə Mərkəzininin təşkilati-metodiki şöbəsinin müdiri Eldəniz Muradov deyib ki, yerli sakinlər arasında qeydiyyata alınmış 145 nəfərdən 98-i, yəni 67,6 faizi kişilər, yerdə qalan 32 faiz isə qadınlardır:
"Bu şəxslərin hər biri mərkəzimizdə müalicəyə cəlb edilib. Əvvəlki illərdən bəri müalicəsi davam edən şəxslər də daxil olmaqla, ümumilikdə 160 nəfər hazırda müalicə olunur. Bundan əlavə, İİV-ə yoluxan Azərbaycan vətəndaşları arasında xarici ölkələrdə müalicə prosesi keçənlər də var.
İİV-ə yoluxan bütün vətəndaşların mərkəzimizdə dövlət hesabına müalicə almaq imkanı var. Bu şəxslərin dərmanla təminatını dövlət tamamilə öz üzərinə götürüb. Əlavə olaraq, dövlət hesabına fəaliyyət göstərən tibb müəssisələrində bu xəstələrə aid olan bütün proseduralar dövlətin hesabına həyata keçirilir”.
E. Muradov onu da əlavə edib ki, xəstəliklə mübarizə metodları, müalicə sistemi Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi standartlar əsasında həyata keçirilir.
Azərbaycanda İİV-ə yoluxmaların artması səbəblərini izah edən tibb elmləri doktoru, professor Adil Qeybulla isə bu xəstəliyin keçici infeksiya olduğunu xatırladıb. O vurğulayıb ki, İİV qan vasitəsilə, şaquli yolla – anadan uşağa və cinsi yolla insandan insana ötürülür:
"İİV-in əsasında "Hepatit B” virusu dayanır və buna yoluxan şəxsin İİV daşıyıcısı olması riski yüksəkdir.
Son illər narkotik istifadəçilərinin sayının artması İİV, Hepatit, QİÇS kimi virusların yayılmasına şərait yaradır. Ölkədə narkotik istifadəçilərinin artması Rusiya ilə sıx əlaqələrdən irəli gəlir. Əhalinin miqrasiya şəraiti, İİV xəstəsi olan şəxslərin qonşu ölkələrə gedib-qayıtması bu virusun ölkəmizdə yayılmasına gətirib çıxarır.
İİV kimi təhlükəli virusların yayılmasının qarşısını almaq üçün, ölkəyə daxil olan şəxslərdən tibbi arayış tələb olunmalıdır. Xüsusilə, Azərbaycan vətəndaşları müayinə edilərək, ölkəyə buraxılmalıdır. Bu kimi qaydaları sistemləşdirərək, İİV-lə mübarizə aparmaq olar”.
İİV xəstələrinin müalicədən imtina etməsi hallarına gəlincə, Adil Qeybulla bunu insanların şəxsi kompleksləri ilə əlaqələndirir:
"Bu xəstələr dərmanları qəbul edir, özünü yaxşı hiss etdikdə isə dərmanlardan imtina edirlər. Belə laqeydlik tək İİV xəstələrində deyil, bütün insanlarda var. Əksinə insan düşünməlidir ki, qəbul edilən dərmanlar vasitəsilə virusun əhatəsi çox minimal olur, bəzi hallarda sıfıra enə bilir. Virus daşıyıcıları həmin dərmanlar olmadan həyatına normal davam edə bilməz”.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 1 aprel 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6903 nəfər qeydiyyata götürülüb. Onlardan 6680-i (96,8 faizi) Azərbaycan vətəndaşı, 223-ü (3,2 faizi) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5037-i - 73 faizi kişi, 1866-sı, yəni 27 faizi qadındır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2026-cı ilin payızına damğa vuracaq 7 moda trendi
11:49 13.09.2026
Maraqlı
İsrail ordusu Livanın cənubuna artilleriya zərbələri endirib
11:45 13.09.2026
Dünya
Vanı nəhəng çəyirtkələr bürüdü: Boyları 20 santimetrə çata bilir
11:30 13.09.2026
Hadisə
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
11:06 13.09.2026
Dünya
Gümrüdə parklanma mübahisəsi qətllə nəticələnib
10:55 13.09.2026
Hadisə
Tatarıstana hücum edildi: ölü və yaralılar var - VIDEO
10:46 13.09.2026
Dünya
Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəldi
10:45 13.09.2026
Futbol
Uşaqlarda yanıq riskini azaltmaq üçün tövsiyələr
10:37 13.09.2026
Sağlamlıq
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb
09:57 13.09.2026
Dünya
Macarıstan III Çarlzdan hədiyyə etdiyi iki atını geri istədi
09:31 13.09.2026
Dünya
Sinopda bu il yumurtadan çıxan 73 leylək köç yoluna başlayıb
08:31 13.09.2026
Maraqlı
Rusiyada məktəblərdə hərbi hazırlıq saatları artırılıb
08:07 13.09.2026
Dünya
Bədəndə çoxlu xalınız varsa, hər il saymalısız – Onkoloq
07:29 13.09.2026
Sağlamlıq