Qırğız parlamentinin sədri: “Azərbaycan xalqı öz ölkəsi və rəhbərliyi ilə fəxr edir”




"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız Azərbaycan xalqının deyil, bütövlükdə regionun həyatında əhəmiyyətli hadisədir. Yüz il bundan əvvəl Azərbaycan xalqı parlamentini yaratmaqla, demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib. Yüz il bundan əvvəl Azərbaycanda yaradılan parlament müasir parlamentarizm modeli əsasında fəaliyyət göstərirdi”. 

Bunu isə iclasda iştirak edən Qırğız Respublikası parlamentinin sədri Dastanbek Cumabekov bildirib. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi: "İndi Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ölkə daxilində və xaricdə müxtəlif tədbirlərin keçirilməsi xalqın öz tarixinə verdiyi dəyərin göstəricisidir. Bu gün Azərbaycan xalqı öz ölkəsi və rəhbərliyi ilə fəxr edir, siyasi və iqtisadi müstəqilliyini yüksək dəyərləndirir. Azərbaycanın turizm cəhətdən cəlbedici olması, səhiyyə və təhsil sahələrində inkişaf etməsi və beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsi ölkənin inkişafının göstəriciləridir”.

Milli Məclisin parlamentlərarası əməkdaşlığa önəm verdiyini deyən Cumbekov vurğulayıb ki, bu orqan bir çox parlament təşkilatları ilə uğurlu əməkdaşlıq edir.

Qırğızıstanla Azərbaycanı ümumi köklərin, dini və mədəni eyniliklərin birləşdirdiyini deyən D.Cumabekov qeyd edib ki, tarixən xalqlarımız arasında dostluq əlaqələri mövcud olub və bu münasibətlər bu gün də var.

Anar