Qıza görə döyüb gözünü kor elədilər - AZƏRBAYCANDA
08:47 01.09.2017
Arxiv
645
Şəmkirin Qaracəmli kəndində sevgilisinə görə başqa şəxs tərəfindən döyülən gənc kor olub.
"Sherg.az"Lent.az BakuPost.az-a istinadən xəbər verir ki, bu barədə zərərçəkmiş Elnur Həsənovun atası Eldar Həsənov məlumat verib. O bildirib ki, oğlu 2 ay əvvəl dostları ilə söhbət etdiyi vaxt həmkəndlisi, 37 yaşlı Turan İbrahimov qırmızı "VAZ 21 011” markalı avtomobillə ona yaxınlaşıb. T. İbrahimov E. Həsənovu aldadaraq, dostlarının yanından uzaqlaşdırıb və kənddən çıxarıb: "Turan kənddən uzaqlaşdıqdan sonra oğluma deyib ki, sən mənim dostumun sevdiyi qızın şəkillərini yaymısan, buna görə cavab verəcəksən. Elnur da nədən söhbət getdiyini bilmədiyini, heç kimin şəklini yaymadığını deyib. Turan ona deyib ki, düş maşından danışaq. Oğlum maşından çölə çıxan kimi İsa Xəlilzadə adlı gənc beyzbol ağacı ilə onun ayağından vurub. Bundan sonra Turan oğlumu tutub ki, İ. Xəlilzadəyə müqavimət göstərə bilməsin. 20 yaşlı İsa əlindəki ağacla oğlumun göz nahiyəsindən də vurub və hadisə yerindən qaçıb”.
Elnur Həsənov onu xəstəxanaya çatdırması üçün T. İbrahimova yalvarıb, lakin yalvarışları nəticəsiz qalıb. T İbrahimov onu evinə gətirərək, ata-anasına daşla vurulduğunu deyib: "Bizi də aldatdı. Sonra bildik həqiqəti. Hadisəylə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdik”.
Hadisədə təqsirli bilinən İ. Xəlilzadə saxlanılıb. Lakin Elnur Həsənovun ailəsi Turan İbrahimovun da saxlanılmasını tələb edir.
Eldar Həsənov hesab edir ki, T. İbrahimov bu işdə vasitəçi olduğu üçün, o da ittiham edilməlidir: "Turan İbrahimovla bağlı bütün aidiyyəti qurumlara müraciətlər etmişəm. 37 yaşlı Turan oğlumu ora aparmasaydı, bu hadisə də baş verməzdi. Amma Turanı istintaqdan kənar saxlayıblar. Qızın ailəsi də həmin şəxslərin cəzalandırılmasını istəyir”.
Zərərçəkənin atası oğlu Elnurla kənddəki Gülnaz Ağayeva (ad şərtidir – red.) arasında sevgi münasibəti olduğunu təsdiq edib: "Oğlumla o qız bir-birini sevir. Qız öz şəkillərini oğluma göndərib. Oğlum isə şəkillər olan flash kartı itirib. Tapan oğlan da qızın şəkillərini yayıb. O oğlan da tapılıb və ifadəsi alınıb. Amma istintaq şəkilləri oğlumun yaydığını sübut etməyə çalışır. Hətta Gülnazı da məcbur ediblər ki, şəkillərini Elnurun yaydığını desin. İsa Xəlilzadənin bu hadisəni törətməsinə səbəb isə Gülnazı sevməsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya