Qubanın icra başçısı işdən çıxarıldı

M.Ağayev daha əvvəl Göyçay və Mingəçevirin icra başçısı vəzifəsində çalışıb


 


Quba Rayon İcra Hakimiyyətinin icra başçısı Mübariz Alı oğlu Ağayev Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Lent.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

M. Ağayev əvvəllər Göyçay rayonunun icra başçısı olub. 2012-ci ildən Qubaya rəhbərlik edir.
Dövlət başçısının digər sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.