Qüdrət Həsənquliyevdən TƏKLİF: bu məhsul restoranlarda qadağan edilsin
12:58 04.12.2017
Arxiv
1132
Milli Məclisdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun lehinə lehinə səs verdim. Qanunun ciddi narazılıqlara səbəb olacağını düşünmürəm. Çünki siqaret çəkən insanların da böyük əksəriyyəti başa düşür ki, tütün orqanizm üçün son dərəcədə ziyanlıdır. Amma vərdişə çevrildiyi üçün bəziləri siqaretdən imtina edə bilmirlər".
Bunu APA-ya açıqlamasında millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib.
Q. Həsənquliyev bildirib ki, bu qanun çəkindirici faktor rolunu oynayır və insanların bir xeyli faizinin siqareti azalması və ya tərgitməsinə kömək olacaq: "Qapalı məkanda siqaret çəksə, dərhal cərimə olunacağını bilən adam məcbur olub hər dəfə açıq havaya çıxacaq. Bu isə hər dəfə təkrarlananda adamlar yorulur, tütünün istehlakını yavaş-yavaş azaldırlar. Əslində bu qanunun qəbulu xeyli yubanıb. Gərək vətəndaşlarımız və polis ciddi şəkildə qanunun tətbiqinə nəzarət etsinlər".
Q. Həsənquliyev sulu qəlyanın, ümumiyyətlə, qadağan edilməsinin tərəfdarı olduğunu bildirib: "Sulu qəlyan yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır. Xüsusi ilə restoranlarda, kafelərdə sulu qəlyan qəti qadağan olunmalıdır".
Millət vəkili qanunun qəbulunun mütərəqqi olduğunu vurğulayıb: "Sevinirəm ki, Azərbaycan sivil dövlətlərin sırasına qoşulmaq istiqamətində ciddi qərarlar qəbul edir".
Q. Həsənquliyev Azərbaycanda yeni ingilisdilli telekanalın yaradılması ilə bağlı təklifindən da danışıb.
" Tez-tez xarici səfərlərdə oluruq, otellərdə televizora baxanda heç kim oturub gözləmir ki, Azərbaycanın hansısa telekanalında 10 dəqiqəlik ingilis dilində xəbər veriləcək, kimsə də onu tapıb baxacaq. Kanalları dəyişəndə ingilis dilində hansısa maraqlı xəbər, veriliş görəndə ona baxırlar. İngilis dilini dünyanın əksər siyasətçiləri və diplomatları bilir, hətta bu dildə danışmayanlar belə başa düşür. Hər şeyi bir kənara qoyuram, bizim Qarabağ problemimiz var. Öz həqiqətlərimizi dünyaya mütləq televiziya vasitəsi ilə çatdırmalıyıq. Dünyada Əl-Cəzirə, Çinin SSTV, İranın Press TV telekanalı, Ukraynanın, Qazaxıstanın belə ingilisdilli telekanalları var. Mən hərdən evdə o telekanallara baxıram. Azərbaycan da buna ehtiyac var" deyə millət vəkili vurğulayıb.
O, həmçinin, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən iki telekanalın saxlanılmasına ehtiyac olmadığını da qeyd edib: "Azərbaycanda internet azaddır və onsuz da internet media, sosial şəbəkələr vasitəsilə fikir müxtəlifliyi təmin olunur. Həmçinin Konstitusiyaya əsasən dövlət heç bir mülkiyyət növünə – dövlət, bələdiyyə və özəl mülkiyyətdən birinə üstünlük verməməlidir. İndi bir televiziya informasiya yayımı ilə məşğuldur, reklamdan pul qazanır, bununla həm işçilərinə əmək haqqı verir, həm də maddi-texniki bazasını təmin edir. Digər televiziya isə həm reklamdan pul qazanır, həm də dövlət büdcəsindən vəsait alır. Heç olmasa, dövlət büdcəsindən pul alırsa, ona reklam qadağan edilməlidir. İctimai Televiziya yarananda onun daimi büdcədən maliyyələşdirilməsi nəzərdə tutulmurdu. 2004-cü ildə bu barədə qanun qəbul olunarkən Milli Məclisdəki müzakirələri də yaxşı xatırlayıram. Biz bu il iki telekanalın maliyyələşməsi üçün büdcədən 44 milyon manat vəsait ayırdıq. Mən hesab edirəm ki, həmin vəsaitin bir hissəsinə biz həmin telekanalların bazasında ingilisdilli müasir, məsələn, "Rossia Today” kimi bir telekanal yarada bilərik. Bu telekanal isə həm ölkəmizin tanıdılması, həm turizm potensialımızın göstərilməsi, həm də ölkənin beynəlxalq mövqeyi üçün yaxşı iş apara bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya