
Qulağı təmizləmək üçün çöplərdən istifadə doğru deyil
14:44 22.02.2019
Arxiv
873
Professor qulaqcıqların və küçədə satılan ətirlərin də insan sağlamlığına ziyanlı olduğunu deyib
Xəbər verdiyimiz kimi, Avropada tezliklə plastik məhsullardan istifadəni qadağan edən sənəd qəbul ediləcək. "Sherg.az” Fransanın "sciencesetavenir.fr”(elm və gələcək) saytına istinadən xəbər verir ki, həmin məhsullara qulaq çöpləri, sok çöpləri, plastik kofe qabları və plastik çöplər daxildir.
Okeanları "işğal edən” bu kimi plastik məhsullardan istifadə bir gecə içində əldə edilən razılıq sayəsində Avropa Birliyi (AB) ölkələrində yasaqlanacaq. Artıq 2018-ci ildə Avropa Komissiyasının ilkin təklifdən sonra buna dair mətn hazırlanıb. Və məlum sənəd 2018-ci ilin dekabrın 18-də Avropa Parlamenti ölkələri və Komissiyaya üzv olan ölkələrin bir neçə saatlıq müzakirəsindən sonra təsdiqlənib. Bu sənəddə onlarla plastik məhsuldan istifadənin qadağası nəzərdə tutulur. Ona görə ki, çimərlik və okeanı çirkləndirən məhsullar içərisində plastik məhsullar 70 faiz təşkil edir. AB bu sənədin 2021-ci ilə qədər qüvvədə qalmasını planlaşdırır.

Məsələyə münasibət bildirən tibb elmləri doktoru Adil Qeybulla "Sherg.az”a bildirib ki, qərb alimlərinin qənaəti doğrudur:
"Əslində qulaq çöpləri dediyimiz vasitələr qulaq təmizləmək üçün deyil. Çünki qulağa kənar cisimlər daxil etmək olmaz. Qulağı təmizləməyin tək yolu həkimə müraciət etməkdir. Yəni həkimə müraciət edib, qulağı yuduzdurub çirkini təmizlətdirə bilərlər. Eyni zamanda qulaq öz-özünü də təmizləyir. Həmçinin insanlar yuyunduqda da birbaşa qulaqlarından çirk çıxır. Lakin qulağı təmizləmək üçün çöplər və ya sərt cisimlərdən istifadə düzgün deyil və bu insanların sağlamlığına zərərlidir”.
A.Qeybulla onu da söyləyib ki, son vaxtlar əhalinin böyük əksəriyyətinin istifadə etdiyi qulaqcıqlar da insan saxlamlığına ziyan verir:
"Gənclərin və demək olar ki, bir çox insanların musiqi dinləmək üçün istifadə etdiyi qulaqcıqlar təhlükəlidir. Çünki həmin ləvazimatlar plastik məmulatlardır və onların da tərkibinə bəzi kimyəvi məhsullar qatıldıqda orqanizmə zərər verir. Amma "Apple” kimi məhşur firmaların istehsal etdikləri qulaqcıqlar keyfiyyətli məhsuldan hazırlandığı üçün istifadəsi təhlükəli deyil. Lakin Çin məhsulları insanlara kifayət qədər əks təsir göstərir. Ümumiyyətlə qulağa taxılan əksər ləvazimatlar dezinfeksiya edildikdən sonra istifadəsi təhlükəsizdir. Bu fikri tibb təsdiqləyir. Amma çox təəssüf ki, insanlar buna əməl etmir”.
Doktor onu da diqqətə çatdırıb ki, gün boyu istifadə etdiyimiz ətirlər belə bizim orqanizmimizə təhlükə yaradır: "Bəzi ətirlər dermatoloji testlərdən keçirilməyib, satışa çıxarıldıqa insanlara neqativ təsir göstərir. Xüsusən də küçələrdə və ya vitrinlərdə ucuz qiymətə təklif olunan ətirlər insan dərisinə və orqanizminə zərər verir. Lakin Fransız istehsalı, brend markalı ətirlər daha təhlükəsizdir. Çünki tanınmış firmalar istehsal etdiyi məhsula görə cavabdehdir”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə