Qulu Məhərrəmlinin yerinə təyinat olub






AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinə müdir əvəzi təyin edilib.
Lent.az-ın Report- a istinadən məlumatına görə, Dilçilik İnstitutundan bildirilib ki, şöbədə müdir vəzifəsini filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva icra edəcək.
S.Əliyeva indiyədək şöbənin aparıcı elmi işçisi vəzifəsində çalışıb. O, 15 il institutun Gənc Alimlər Şurasının sədri olub.