Qurban Qurbanov ziddiyyətli danışdı : "Qələbəni şişirtmək lazım deyildi"

"Bakıda hardasa yenilgiyə hazır idim"



 "Məğlub olmağı istəmirdik. Ən azı heç-heçə etmək istəyirdik".
Bu sözləri "Dnepr"lə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov öz səhvlərindən qol buraxdıqlarını bildirib: "Meydana heç-heçə üçün çıxmamışdıq. İlk dəqiqələrdən biz heç-heçə haqda düşünmürdük. Biz düzgün oyun göstərmək və maksimum oyun nümayiş etdirmək istəyirdik. Düşünmədiyimiz səhvlərdən qol buraxdıq. Uşaqlara bir o qədər də iradım yoxdur. Kiyevdəki qələbəni çox şişirtmək lazım deyildi. Bu, uşaqlara təsir edə bilərdi. Amma indidən sonra qarşıdakı oyunlarda vəziyyətimizi düzəltməyə çalışacağıq".
"Qarabağ"ın baş məşqçi pley-off şansları barədə danışıb: "Əvvəlcədən qarşımıza minimum 2-ci yeri hədəf qoymamışdıq. Bəlkə də "Sent-Etyen”lə oyun bundan asan olacaq. Çünki "Dnepr”ə qələbədən sonra Bakıda hardasa yenilgiyə hazır idim. Çünki azarkeşlər Bakıda da qələbə gözləyirdi. Bu da əlavə məsuliyyət formalaşdırırdı. Şanslarımız hələ qalıb. Qarşıdakı oyunlara baxacağıq".