Qusarda atışma...
20:43 16.10.2013
Arxiv
1485
Bir polis öldü, 3-ü yaralandı
APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, Qusarda yaralanan polis əməkdaşlarının əməliyyat olunması üçün Daxili İşlər Nazirliyinin peşəkar həkim briqadası cəlb olunub.
Qusar rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, polis əməkdaşkarı Mövlüd Əliyev və Cəmil Nəsirovun üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Onların vəziyyətinin stabil olduğu bildirilir.
***
22:26
Dünən Qusar rayonunda polisə silahlı basqın olub. APA-nın hazırda hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisənin bəzi təfərrüatları bəlli olub. Məlumata görə, polisə axtarışda olan şəxslərdən birinin rayona dönməsi barədə məlumat daxil olub. Polis axtarışda olan şəxsin gizləndiyi evə gəlib, lakin evdə bir neçə nəfər olub. Onlar hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına qəflətən hücum ediblər. Nəticədə polis mayoru Qalib Quliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Məlumata görə, Q. Quliyev ötən il radikal vəhhabi təriqətinə məxsus şəxslərin zərərsizləşdirilməsi üçün keçirilmiş əməliyyatda yaralanıbmış. Daha 3 polis əməkdaşı- Mövlüd Əliyev, Cəmil Nəsirov və Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
APA-nın əməkşdaşı bildirib ki, atışmada polisə basqın edənlərdən zərərsizləşdirilən olmayıb. Onlar hamısı qaça bilib.
Hazırda hadisə yerində istintaq araşdırması başlayıb.
Qusar polisi basqınçıların tapılması üçün əməliyyat tədbirlərini davam etdirir. Rayonun bütün giriş-çıxış yollarına polis postları qurulub, axtarış aparılır.
***
21:27
Bu gün Qusar rayonunda polis əməkdaşlarına silahlı hücum olub. Qusar Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, naməlum şəxs tərəfindən polis əməkdaşlarına silahlı hücum edib. Qusar RPŞ-nin əməkdaşı, polis mayoru Qalib Quliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. 3 polis əməkdaşı isə - Mövlüd Əliyev, Cəmil Nəsirov və Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov müxtəlif xəsarətlərlə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən şəxsin zərərsizləşdirildiyi bildirilir. APA-nın əldə etdiyi məlumata görə, polisə silahlı müqavimət göstərən şəxs radikal dini qruplaşmanın üzvü olub.
Hadisənin təfərrüatları araşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda Məhərrəm ayı başlayıb
00:14 16.06.2026
Cəmiyyət
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
00:00 16.06.2026
Dünya
Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
23:38 15.06.2026
Region
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
18:28 15.06.2026
İqtisadiyyat
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
18:02 15.06.2026
Gündəm
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
17:49 15.06.2026
Hərbi
ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir
17:10 15.06.2026
Gündəm