“Radikal müxalifətdə olanlar bir dəfə də olsun Azərbaycanın mənafeyini düşünməyiblər...”
13:19 20.02.2019
Arxiv
979
Vüqar Rəhimzadə: “...Heç bir faydalı, xeyirli iş görməyiblər. Yalnız Azərbaycanı dağıtmaq, ölkəmizə qarşı böhtan atmaq və görülən müsbət işləri qaralamaqla məşğul olublar”
"Dövlət tərəfindən görülən işləri öz adlarına çıxmaq cəhdi radikal müxalifətin hansı düşüncədə olmasının və klounluqlarının bir nümunəsidir”.
Bunu "Sherg.az”a açıqlamasında "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor bildirib ki, bu insanlar bir illik hakimiyyətləri dövründə Azərbaycanı viran qoyublar, ölkəni cəhənnəmə çeviriblər:
"İndiyə qədər bir dəfə də olsun Azərbaycanın mənafeyini düşünməyiblər, heç bir faydalı, xeyirli iş görməyiblər. Yalnız Azərbaycanı dağıtmaq, ölkəmizə qarşı böhtan atmaq və görülən müsbət işləri qaralamaqla məşğul olublar. Radikal müxalifətdə olan yaramaz və yarıtmaz insanlar həmişə qərəzli mövqedən çıxış ediblər, daim şər-böhtan atıblar. Görülən işləri öz adlarına çıxmaq cəhdi onların nə qədər anormal düşüncədə olduğunu bir daha ortaya qoyur. Hamısı simasız və ləyaqətsiz adamlardır”.
V.Rəhimzadə vurğulayıb ki, cənab Prezident Azərbaycanı inkişaf etdirir: "Dövlət başçısı bütün fəaliyyətini və gücünü vətəndaşların yaxşı yaşamasına yönəldib. 15 ildə dörd dəfə dövlət proqramı qəbul edilib. Ötən gün Prezident tərəfindən verilən Sərəncama əsasən hündür mərtəbəli binaların dövlət qeydiyyatına alınması və sənədləşdirilməsi on minlərlə insanın sevincinə səbəb olan tarixi bir qərar idi. O cümlədən, şəhid ailələri ilə bağlı qərarlar, minimum əmək haqqının və təqaüdlərin artırılması, gənclərlə bağlı atılan addımlar və s. yüzlərlə belə fakt göstərmək olar. Əlbəttə, bunlar bir-iki günün məsələsi deyil, cənab Prezident xalq tərəfindən seçildiyi ilk gündən etibarən Ümummilli Lider Heydər Əliyevin siyasətinə söykənərək uğurlu islahatlar həyata keçirməkdədir. Son aylar atılan addımlar da məhz ümumi sosial siyasətin tərkib hissəsidir”.
Baş redaktor bəyan edib ki, dövlət başçının qarşıya qoyduğu ən böyük hədəf insan amilinə verilən dəyərdir: "Bütün görülən işlər bu istiqamətə yönəlib. Allah cənab Prezidentimizi və dövlətimizi belə böhtançı, qərəzli insanlardan, dağıdıcı müxalifətdən qorusun. Əminliklə deyirəm ki, həmin qruplaşmalar anti-Azərbaycan dairələrin ölkədəki casus şəbəkəsidir. Onlar xəyanət yolu tutublar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya