"Radikal müxalifətin məqsədi ölkəmizdə görülən işlərə kölgə salmaqdır" - Münasibət
13:31 19.02.2019
Arxiv
2617
"Radikal müxalifət Prezident İlham Əliyevin son dövrlərdə apardığı mühüm islahatları şantaj yolu ilə dayandırmaq, görülən işlərə kölgə salmaq istəyir. Əsas məqsəd budur”.
Bunu "Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
Partiya funksioneri bildirib ki, dövlət başçısı İlham Əliyev bütün sahələr üzrə, ilk növbədə sosial sektorda mühüm islahatlar həyata keçirir:
"Məsələn, şəhid ailələri ilə bağlı verilən təqdirəlayiq qərarlar, gənclər və idman siyasəti ilə bağlı atılan addımlar, minimum əmək haqqının 40 faiz artırılması, o cümlədən beynəlxalq siyasətdə atılan uğurlu addımları və başqa çoxsaylı nailiyyətləri buna numunə göstərmək olar. Radikal müxalifət bütün bu işləri çirkin üsullarla dayandırmağa cəhd edir və vətəndaşlar üçün görülən tədbirləri "öz adlarına” çıxmağa çalışırlar. Çünki görürlər ki, xalq Prezident tərəfindən aparılan islahatları çox yüksək səviyyədə qarşılayır və dəstəkləyir. Bununla xalqın öz dövlət başçısına olan etimadı daha da möhkəmlənir, Prezidentə sevgi daha da güclənir. Bu nöqteyi-nəzərdən radikal müxalifəti təmsil edənlər prosesi şantaj yolu ilə pozmağa cəhd edirlər. Əslində 25 il ərzində həmin qüvvələrin ölkənin ictimai-siyasi həyatında heç bir təqdirəlayiq addımı nəzərə çarpmayıb”.
N.Orduxanlı vurğulayıb ki, Prezidentin köməkçisi Əli Həsənovun təhlilində bütün bu məsələlər öz əksini tapıb:
"Deyilənlərin hamısı reallığa tamamilə uyğundur. O qüvvələr çəkinmədən Azərbaycanın maraqlarını öz şəxsi ambisiyalarına satıblar. Sirr deyil ki, müasir dövrün tələblərinə uyğun olaraq çağdaş dinamizmin inkişafı prosesi gedir.
Prezident də lider olaraq bunun önündə durur. Dövlət başçısı bu prosesi çox sürətlə və uğurla həyata keçirir. Ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu prosesdə iştirak edir və mühüm islahatları reallaşdırır. Mehriban xanım mütəmadi olaraq ölkə vətəndaşları ilə görüşür, bütün sahələrdə problemləri tezliklə həll edir. İnsanların ən kiçik çətinliyinə belə vitse-prezident tərəfindən dərhal reaksiya verilir.
Onun xeyirxah əməlləri xalq tərəfindən çox böyük rəğbətlə qarşılanır. Bunu görməmək qeyri-mümkündür. Prezidentin komandasındakı sağlam qüvvələrin bu prosesi aparması həm xaricdəki dairələri, həm də daxildəki radikalları, daim Azərbaycanın milli maraqlarına zərbə vurmağa çalışan anti-milli ünsürləri bərk narahat edir.
Təssüflər olsun ki, bur prosesə erməni lobbisi də qoşulur. Məqsəd isə eynidir, Azərbaycanı zəiflətmək, narazılıq yaratmaqdır. Əminliklə deyirəm ki, Əli Kərimli ətrafındakı 2-3 minlik adamla 10 milyonluq xalqa rəhbərlik edən güclü liderə - cənab İlham Əliyevə heç vaxt təzyiq göstərə bilməz”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO
18:26 23.05.2026
Hadisə
“Qarabağ" üç futbolçunu klubdan göndərib
18:16 23.05.2026
Futbol
Türkiyədə bələdiyyə sədri güllələnib
17:52 23.05.2026
Hadisə
Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək
17:51 23.05.2026
Dünya
Əğyar mizrabı...
17:41 23.05.2026
Cəmiyyət
Ermənistanda seçkilərlə bağlı həbs olunanlar var
17:20 23.05.2026
Region
Qalibaf: ABŞ ilə atəşkəs dövründə İran ordusu gücünü bərpa edib
17:03 23.05.2026
Region
BMT WUF13-ü tarixi hadisə adlandırdı - ŞƏRH
16:35 23.05.2026
Gündəm
76 nömrəli ev: Atatürk və ailəsi burada yaşayıb
16:02 23.05.2026
Maraqlı
SON DƏQİQƏ: Kılıçdaroğlu partiyadaxili birlik çağırışı etdi
15:49 23.05.2026
Gündəm
Qazaxıstanlı general Azərbaycana gəldi
15:31 23.05.2026
Gündəm
Latviyada naməlum dron gölə düşərək partlayıb
15:22 23.05.2026
Dünya
Paşinyan: Xalq desə ki, Nikol qalsın, qalacaq
15:05 23.05.2026
Gündəm
Ukrayna ordusu Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
14:59 23.05.2026
Dünya