Millət vəkili qeyd edir ki, İranla münasibətlərə yenidən baxmaq lazımdır
Razılaşma qüvvəyə mindi
19:48 11.07.2016
Arxiv
695
İran Ermənistana viza rejimini asanlaşdırdı
Millət vəkili qeyd edir ki, İranla münasibətlərə yenidən baxmaq lazımdır
Millət vəkili qeyd edir ki, İranla münasibətlərə yenidən baxmaq lazımdır
İranla Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma qüvvəyə minib. Məlumata görə, bu razılaşma Tehranda Nazirlər Kabinetinin iclasında təsdiqlənib. İclasa isə İran Prezidenti Həsən Ruhani sədrlik edib. Qeyd edək ki, iyunun 16-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iki ölkə arasında viza rejiminin ləğvi barədə razılaşma imzalayıb.
Sənəd Ermənistan parlamenti tərəfindən təsdiq olunub. Sənədə əsasən, İran və Ermənistan vətəndaşları viza olmadan 180 gün ərzində 90 gün digər ölkənin ərazisində qala bilərlər.
İranın addımını dəyərləndirən "Azəri Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı qeyd edib ki, cənub qonşumuz həmişə separatçı Ermənistanın yanında olub: "Birinci Qarabağ savaşından sonra da İran Azərbaycanla həmrəylik nümayiş etdirmədi. Bir müsəlman dövləti olaraq, bu ölkə Ermənistanla öz sərhədlərini bağlamadı. Fars rejimi İranda yaşayan bir ovuc erməniyə bütün haqları tanıyıb. Erməni dilində məktəb, jurnal açmaq, təhsil almaq haqları verib. Amma 35 milyon Azərbaycan türkünə heç bir hüquq vermir. Türklərin İranda ana dilində təhsilləri, məktəbləri, nəşrləri yoxdur. Tehranda keçirilən son aksiyalar da fars şovinizminin mahiyyətinə uyğundur. Demək ki, bunlar türk millətçiliyinin düşmənidirlər. Fars rejimi açıq formada səmimi müsəlman olmadığını göstərir. İran heç vaxt Azərbaycana qarşı ədalətli olmayıb, olmayacaq da. Farslar atalarından aşılanan kini öz içlərində daşıyırlar. Bu da onun təzahürüdür”.
Birlik sədrinin sözlərinə görə, fars rejiminin Azərbaycana qarşı nifrəti səbəbsiz deyil: "Qorxur ki, 35 milyon türk sabah Tehranın küçələrinə çıxarsa, bu, İranın parçalanmasına gətirib çıxaracaq. Yaxud fars rejiminin əsarətinə son qoyacaq. Türkün böyüklüyündən, qəhrəmanlığından qorxanlar həmişə içlərində kin gəzdiriblər”.
Millət vəkili Fərəc Quliyev də diqqətə çatdırıb ki, İran hər zaman öz maraqlarından çıxış edib və tarixən Şimali Azərbaycanın zəif düşməsində maraqlı olub: "Bu, indi də belədir. Azərbaycanı bölən dövlət heç zaman Azərbaycanın güclənməsində maraqlı olmayacaq. Hər halda ölkəmiz bütün protokol qaydalarına əməl edərək Tehranla xoş münasibət saxlamağa çalışır. Yazıqlar olsun ki, cənub qonşumuz fərqli davranır. Onlar həmişə ədalətin və ədalətlinin yanında olduqlarını bildirirlər, amma hər zaman olduğu kimi ədalətsiz mövqedən çıxış edirlər. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini bir dəfə olsun dillərinə gətirmirlər. Gedib Suriya və başqa ərazilərdə savaş aparırlar. Niyə Qarabağda döyüşmürlər? Qarabağda bütün əmlakımızı, yeraltı sərvətimizi daşıyıb aparıblar. Ermənistana pəncərə, nəfəslik veriblər. İran Ermənistanla arasında olan körpüdən bütün günü Ermənistana mal daşıyır. Özümüz şahidi olmuşuq ki, Ermənistan səngərlərindən İrana məxsus mallar - ərzaq, dərmanlar, paltar, silahlar, elektrik cihazları və s. çıxırdı. İndi də durub İrəvana gedir. Bu yaxınlarda Ermənistan və İran prezidentlərinin görüşü baş tutdu. Biri-birinə tərif dedilər, qardaş olduqlarını dilə gətirdilər. Göründüyü qədər Tehran qərəzli şəkildə Azərbaycanın düşməninin yanında olmağı əsas götürüb. Dindən danışırlar, ancaq dinin özündə qəsb olunmuş ərazidə su ilə dəstəmaz almaq belə günahdır. Amma onlar Azərbaycan ərazilərini qəsb edən bir ölkə ilə xoş münasibət saxlayırlar”.
Millət vəkili qeyd edib ki, İranla münasibətlərə yenidən baxmaq lazımdır: "Onlar ölkəmizə qarşı qərəzli mövqelərini dəyişməlidirlər. Dəyişməyəcəklərsə, düşmən olduqlarını bildirsinlər. Belə olmaz ki. Gedib düşmən cinahda görsənib, sonra Azərbaycanda yalan danışmaq olmaz. Hesab edirəm ki, İranın bu addımında təəccüblü heç nə yoxdur. Amma Azərbaycan ictimaiyyəti də Ermənistanın hərəkətlərini bilməlidir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm