
Regionlar inkişafdadır - Prezidentin qəbul etdiyi Dövlət Proqramı uğurla həyata keçirildi
Fikrət Yusifov: "Bu proqramların icrası bir də ona görə uğurla baş tutdu ki, bu gün Azərbaycan yerləşdiyi böyük regionda ictimai-siyasi sabitliyin nümunəvi adasına çevrilə bilib"
Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Elə həmən gün də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda Prezident İlham Əliyev geniş giriş və yekun nitqi söyləyib. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramının icrası Azərbaycanda yeni inkişaf mərhəlləsinin təməlini qoydu.
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifovun Sherg.az-a açıqlamasına görə, bu Proqram çərçivəsində icra edilən işlər və ilk növbədə iri infrastruktur layihələrinin reallaşdırılması, iqtisadiyyatın qeyri-neft sektorunun ölkənin bütün regionlarında sürətli inkişafı üçün fəaliyyət meydanın tam formalaşması ilə nəticələnib:
"Prezidentin sözləri ilə desək: "Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək”.
Bu proqramların icrası bir də ona görə uğurla baş tutdu ki, bu gün Azərbaycan yerləşdiyi böyük regionda ictimai-siyasi sabitliyin nümunəvi adasına çevrilə bilib. Bu sabitlik olmayan yerdə heç bir inkişafdan, heç bir yüksəlişdən söhbət gedə bilməzdi. Bu məqama münasibət bildirən cənab Prezidentin öz çıxışında haqqında söhbət etdiyimiz durumu olduqca dolğun təsvir etdi:
"Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur”.
Azərbaycanın son 15 ildə qazandığı bütün uğurların qısa xarakteristikası Prezidentin bu fikirlərində olduqca dolğun bir şəkildə öz əksini tapır”.

F. Yusifovun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafını əhatə edən bu beşillik Dövlət Proqramlarının müəllifi də məhz cənab Prezident İlham Əliyevdir. Onun 2003-cü idə Prezident seçkiləri öncəsi səsləndirdiyi fikirlər içərisində əsas olanlardan biri də xalqın ona etimad göstərəcəyi tədqirdə bölgələrin sosial-iqtisadi inkişafını təmin edilməsi məqsədilə atacağı addımlar barəsindəki bəyanatları idi:
"Prezident xalqın iradəsi ilə seçkilərdə qalib gəldikdən sonra öz sözünü tutdu. 15 il ərzində üç proqramın gətirdiyi uğurlar artıq bütün dünyanın gözləri qarşısındadır. Ötən 15 il ərzində iqtisadiyyatımız 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə arta bilib. Bunlar olduqca ciddi nailiyyətdir. Bir ölkənin iqtisadiyyatının 15 ildə 3,3 dəfə artması isə dünyada bənzəri olmamış bir nəticədir. Sadalanan bu bir neçə rəqəmlər Azərbaycan reallıqlarını qara rəngdə görmək istəyən hər kəsə tutarlı bir cavabdır. Bu uğurları kimsə həzm edə bilmirsə bu onun öz problemidir. Bizim üçün əsas olan budur ki, əldə edilən bu uğurlar barəsində dünyanın ən mötəbər maliyyə institutları və reytinq agentlikləri danışır. Onların danışdığını isə kimsə şübhəyə ala bilməz!
Dünya Bankı kimi mötəbər bir maliyyə institutunun "Doing Business” hesabatında 2006-cı ildə 98-ci sırada yer almış Azərbaycan bu sırada 73 pillə irəliləyərək bu gün 25-ci yerdə qərarlaşıb. On iki il ərzində belə bir mötəbər qurumun reytinq cədvəlində bu qədər irəliləmək ölkədə aparılan kökülü islahatların və investisiya mühitinin əsaslı şəkildə yaxşılaşdırılmasının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir”.
Professor hesab edir ki, əgər Azərbaycan bu islahatları aparmasaydı və bu islahatlarla özünü bütün dünyaya islahatçı bir ölkəı kimi tanıtmasaydı, onun iqtisadiyyatına heç bir xarici investor yatrım etməzdi:
"Son 15 ildə bütövlükdə Azərbaycana təxminən 250 milyard dollar sərmayə yatrılıb. Bu sərmayənin tən yarısı xarici sərmayədir. Bu illər ərzində Azərbaycanda edilmiş yatrımların həcmi yerləşdiyimiz Cənubi Qafqaz regionunda bizə qonşu olan iki ölkənin – Gürcüstan və Ermənistanın 15 illik dövlət büdcəsindən 2,4 dəfə çoxdur. Əgər belə bir müqaisəni Azərbaycan iqtisadiyyatına yatırılmış xarici investisiyaların həcmi ilə aparsaq, onda aydın olar ki, təkcə bu illər ərzində bizim iqtisadiyyatımıza yatırılmış xarici investisiyaların həcmi qonşu ölkələrin 15 illik büdcəsinin həcmindən 20%-ə qədər çoxdur. Azərbaycanın son 15 ildəki inkişaf səviyyəsini etiva edən göstəricilər göz qabağındadır. Buna kimin nə sözü ola bilər?”
Şəymən