"Regionların inkişafı üzrə Dövlət Proqramı"nın icrasının yekunlarına dair konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılır




Bakıda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilir.

"Sherg.az" xəbər verir ki,  iqtisadiyyat naziri Şahin Mustafayev konfransda regionların sosial-iqtisadi inkişafı və sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb.

Dünyada biznes mühitinin qiymətləndirilməsi sahəsində ənənəvi olaraq dərc edilən hesabatlarda Azərbaycanda həyata keçirilən iqtisadi islahatların daim diqqət mərkəzində saxlanıldığını deyən nazir qeyd edib ki, ölkədə sahibkarlığın dəstəklənməsi, startap, mikro iqtisadi sahələr inkişaf etdirilir. Sadələşdirilmiş vergi 4 faizdən 2 faizə enib.

Sonra vergilər naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri İnam Kərimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin çıxışları dinlənilib.

Konfrans işini müzakirələrlə davam etdirir.