"Reina" terrorçusu metroda görünüb - HƏR YER BAĞLANDI

İstanbulun məşhur əyləncə məkanı Reinada 39 nəfərin həyatını itirdiyi, 65 nəfərin də yaralandığı terror hücumunu təşkil edən terrorçu Abdulqadir Masharipovun, Bağçılar metro stansiyasında göründüyü xəbəri üzərinə Bağçılar - Albalılı dayanacağı bağlanıldı, metro səfərləri dayandırıldı. Bölgəyə çox sayda polis qrupu sövq edildi. Polisin stansiya və ətrafındakı axtarışları davam edir. Xəbərin bir polisdən gəldiyi ifadə edilir...