Rəsədxana sabahkı Ay tutulması ilə bağlı: Saat 17:29-da maksimum tutulma olacaq
16:24 30.01.2018
Arxiv
524
"Sabah Azərbaycanda Ay tutulması hadisəsinin əvvəlini müşahidə etmək mümkün olmayacaq. Azərbaycandan Ay tutulması hadisəsini yalnız Ayın səthi açılmağa doğru gedərkən müşahidə edə biləcəyik”.
Bunu özəl olaraq Trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirb.
X.Mikayılov deyib ki, sabah Ay tutulması saat 15:48:27-də, tam tutulma isə 16:51:47-də başlayacaq, maksimum tutulma 17:29:51-də qeydə alınacaq. Tam tutulmanın sonu 18:07:51-də olacaq. Tutulma 19:11:11-də başa çatacaq:
"Bu təbiət hadisəsinin əvvəlini Yer Kürəsinin şərqində yaşayanlar müşahidə edəcək. Azərbaycan ərazisində isə tutulma 18:00-dan etibarən Ay doğduqca görünməyə başlayacaq və həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq. Biz həmin vaxtdan başlayaraq, adi gözlə tutulma hadisəsini izləyə biləcəyik”.
X.Mikayılov 28 iyul tarixində baş verəcək Ay tutulmasının Azərbaycan ərazisində tam müşahidə olunacağını söyləyib:
"Həmin tutulmalar Yerin ekvatorial zonasında baş verəcək. Bu tutulmalar mərkəzi tutulmalar adlanır. Yəni Ay kölgənin mərkəzindən keçəcək”.
Rəsədxananın direktor müavini əlavə edib ki, 2018-ci ildə 3 Günəş tutulması (qismən tutulma) baş verəcək. Həmin tutulmalardan ikisi cənub, biri isə şimal yarımkürəsinə düşəcək. 15 fevral tarixində baş verəcək Günəş tutulması (qismən tutulma) Sakit və Atlantik okeanı hövzələri, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək. 13 iyul tarixində baş verəcək Günəş tutulması (qismən tutulma) Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək. 11 avqust tarixində baş verəcək Günəş tutulması (qismən tutulma) Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.
X.Mikayılov bildirib ki, Günəş tutulmasını adi gözlə müşahidə etmək təhlükəlidir, bunun üçün xüsusi eynəklərdən istifadə etmək lazımdır: "Adi vaxtlarda da Günəşə baxmaq mümkün olmur. Ay Günəşin qarşısından keçən zaman ondan uzaqlaşdıqca Günəşin işıqlı yeri gözə çox kəskin təsir edə bilər. Tutulma zamanı qəfil ziddiyyət - qaranlıq, daha sonra işıqlı hissə yarandığı üçün bu, gözü hətta kor edə bilər".
X.Mikayılovun sözlərinə görə, Günəşdən fərqli olaraq, Ay tutulmasını adi qaydada müşahidə etmək göz üçün ziyanlı deyil: "Ay tutulmaları gecə baş verir. Gecə isə Aya baxmaq mümkündür. Bu halda gözə elə bir ziyan olmur. Ancaq teleskopla Aya baxdıqda gözə ziyan olur, çünki teleskop Ayın parlaqlığını artırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya