"Rəsmi Berlinin mövqeyi Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən ibarətdir"



"Almaniya kansleri Angela Merkelin Azərbaycana ilk səfərini çox yüksək qiymətləndirirəm”. Bunu "sherg.az”a millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. 

Deputat bəyan edib ki, Merkelin ölkəmizə səfəri həm ikitərəfli münasibətlərin inkişafına, həm də Azərbaycan-Avropa Birliyi əlaqələrinə müsbət təsirini göstərək: 

"Almaniya Avropa Birliyinin aparacı ölkəsidir. Rəsmi Berlin hər zaman beynəlxalq hüquq normaları çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatlar səsləndirib. Almaniyanın mövqeyi münaqişənin məhz sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllindən ibarətdir. Ümidvarıq ki, xanım Merkelin Azərbaycana səfərindən sonra bu mövqe daha da güclənəcək. 

Həmçinin, çox istərdik ki, Almaniyanın mövqeyi bütövlükdə Avropanın aparıcı yanaşmasına çevrilsin”.

Qeyd edək ki, Azərbaycana səfər edən Almaniya kansleri Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin həllindən söz açıb. Merkel bildirib ki, Almaniya Qarabağ münaqişəsinin həllinə dəstək olmaq istəyir: "Biz regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir. Almaniya tərəfindən bu münaqişənin həllinə dəstək olmaq istərdik”.

İsmayıl