Ronaldo “Yuventus”un formasında ilk qollarını vurdu





"Yuventus”un hücumçusu Kriştian Ronaldo İtaliya A Seriyasının 4-cü turunda "Sassuolo” komandasına qarşı oyunda dubl edib. Bu Ronaldonun yeni komandasında rəsmi oyunlarda ilk qolları olub.

Görüş "Yuventus”un 2:1 hesabı ilə başa çatıb. 50-ci dəqiqədə hesabı Ronaldo açıb, 65-ci dəqiqədə isə "Yuventus”un üstünlüyü möhkəmləndirib. Qonaq komandanın hücumçusu Babakar əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə fərqi minimuma endirib.

Oyunun əsas vaxtına artırılmış 4-cü dəqiqədə ev sahibi olan "Yuventus”un yarımmüdafiəçisi Duqlas Kosta ikinci sarı vərəqə alaraq meydandan qovulub.