“Rusiya 2 sutkaya NATO-nun bir hissəsini tuta bilər”





Moskva 48 saata NATO ərazisində öz ordularını yerləşdirmək qabiliyyətinə sahibdir. Axar.az xəbər verir ki, bunu "Tayms” qəzetinə açıqlamasında britaniyalı general Riçard Berrons söyləyib. Onun sözlərinə görə, Rusiyaya yaranacaq bu situasiyada cəld reaksiya verməyə NATO-dakı daxili parçalanma mane olacaq: "Əgər belə bir şey baş versə, NATO ərazilərinin bir hissəsini itirəcək, eləcə də hava məkanı və ərazi sularına nəzarəti əlindən çıxaracaq. Alyans şurası NATO-nun Avropadakı baş komandanına plan tərtib edib, hücuma hazırlaşması barədə tapşırıq verə bilər, amma problem ondan ibarətdir ki, bu cür səlahiyyət şuranın əlindən soyuq müharibənin başa çatması və SSRİ-nin yox olmasından sonra alınıb. Alyans istənilən halda hələ də bu səlahiyyəti bərpa etmək istəmir. Hətta NATO-nun Polşa və Baltikyanıda yerləşdirdiyi kontingent belə Rusiyaya cavab üçün yetərli olmayacaq”.