Rusiya baş nazirinin müavini: “Türkiyə “Türk axını” ilə bağlı danışıqların bərpasına hazır olduğunu bildirib”
10:43 26.07.2016
Arxiv
449
Türkiyə hökuməti "Türk axını” qaz kəmərinin tikintisi mövzusunda Rusiya ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirib.
APA-nın "İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya baş nazirinin müavini Andrey Dvorkoviç Moskvada Türkiyə baş nazirinin müavini Mehmet Şimşəklə görüşündən sonra deyib.
A. Dvorkoviç bildirib ki, layihənin perspektivləri M. Şimşəkin energetika naziri Aleksandr Novakla görüşündən sonra aydınlaşacaq. "Layihə ilkin mərhələdədir, lakin tərəflərin xoş məramı ilə kifayət qədər tez müddətdə irəliləmək mümkündür”, - deyə A. Dvorkoviç söyləyib.
Xatırladaq ki, 2014-cü ilin dekabrında Rusiyanın "Qazprom” və Türkiyənin "Botaş” dövlət şirkətləri arasında Qara dənizdən keçəcək "Türk axını” qaz kəmərinin tikintisi haqqında memorandum imzalanıb. Əvvəlcə boru ilə ildə 63 milyard kubmetr qaz nəqli nəzərdə tutulsa da, sonradan bu həcm iki dəfə azaldılıb. Layihə Avropa İttifaqının rədd etdiyi "Cənub axını”n əvəz etməli idi, lakin 2015-ci ilin noyabrında Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra layihə dondurulub. "Cənub axını”nın podratçısı olan "Saipem” şirkəti isə "Qazprom”a qarşçı 750 milyon avro məbləğində məhkəmə iddiası qaldırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm