"Azərbaycan Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında hücum taktikasını seçib”.
Bunu "Sherg.az”a Xocalı faciəsinin dünyada tanınmasından danışarkən tarixçi-alim Dilavər Əzimli deyib.
O bildirib ki, Xocalının dünyaya çatdırılmasında AMEA Tarix institutunun böyük əməyi var:
"İnstitutda son 10 ildə 200-dən çox məqalə, monoqrafiya işıq üzü görüb. Ölkə başçısının bu yaxınlardakı çıxışını xatırlatmaq istəyərdim. Prezident vurğuladı ki, Zəngəzur, Göyçə, İrəvan Azərbaycanın tarixi əraziləridir, bu torpaqlardan əl çəkməyəcəyik. Son illərdə erməni həyasızlığının üzü daha geniş açıldı.

Azərbaycanın təbliğatı nəticəsində hətta Rusiya da Ermənistana qarşı münasibətini ortaya qoydu. Ermənilərin qətliamlar törətməsi dünyaya qaranlıq deyil. Hazırda dünya nizamında mühüm dəyişikliklər baş verir və Azərbaycan da bundan yaxşı mənada istifadə edir. Azərbaycan diplomatiyası daha da aktivləşməli, öz işini vahid mərkəzdə birləşdirib, hücuma keçməlidir. Məsələn, Türkiyə Afrin əməliyyatı başlamazdan əvvəl kiçik diplomatik jestlər etdi, sonra hücuma keçdi. Azərbaycan da Xocalı soyqırımının gündəmə gəldiyi məqamda ermənilərin terrorist olduğunu dünyaya çatdırmalıdır.
Tarix işini görür. Amma ümumi dəyərləndirdikdə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması prosesi uğurla aparılır”.
Qeyd edək ki, ABŞ-ın Nyu Cersi ştatını təmsil edən demokrat Konqres üzvü Donald Peyn 20 Yanvar və Xocalı faciələrinin ildönümü ilə bağlı bəyanatla çıxış edərək bu faciələrdə həyatını itirmiş insanların xatirəsini yad edib.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə Xocalı faciəsini XX əsrdə baş vermiş ən dəhşətli hadisələrdən biri kimi qiymətləndirib.
Aysel Aslan