Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır
09:13 02.09.2018
Arxiv
795
Şimal qonşumuz qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir
"Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya etdiyi səfər, Rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüş və orada imzalanan iqtisadi sənədlər çox əhəmiyyətlidir".
Bu sözləri "Sherg.az"-a prezidentin Rusiya səfəri zamanı, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında iqtisadi əməkdaşlığın inkişafı haqqında sazişi dəyərləndirərkən, iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
O bildirib ki, Azərbaycanın iqtisadi əməkdaşlıq etdiyi ölkələr sırasında Rusiya ən önəmli yer tutur:
"Azərbaycandan qeyri-neft məhsullarının satışı üçün Rusiya bazarları ölkəmiz üçün ön plandadır. Ona görıə də bu əlaqələrin daha da inkişaf etdirilməsi Rusiya üçün də, Azərbaycan üçün də olduqca vacibdir. Hər zaman olduğu kimi, yaxın gələcəkdə də Rusiya Azərbaycan məhsulları üçün bir nömrəli bazardır".
İqtisadçının qənaətincə Rusiya ilə Azərbaycanın qarşılıqlı iqtisadi əməkdaşlığı ölkəmiz üçün qazanclı olacaq:
"Rusiya kimi böyük bazardan istifadə etməklə, Azərbaycan böyük iqtisadi mənfəət əldə edəcək. Dövlət başçılarının görüşü zamanı iqtisadi sahədə imzalanan sənədlər, əməkdaşlıq sazişləri təqdirəlaiqdir. Və bu sənədlər Rusiya üçün də, Azərbaycan üçün də əhəmiyyətli sayılmalıdır".
Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfəri zamanı Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə bir sıra sahələr üzrə fikir mübadiləsi aparılıb, razılıq əldə edilib. Əldə edilən razılıqlardan biri də, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında iqtisadi əməkdaşlığın inkişafı haqqında sazişdir. Ölkələrin iqtisadi əlaqələrinin daha da inkişafı üçün bu sazişin imzalanması ekspertlər tərəfindən mühüm qiymətləndirilir.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə