
Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır
10:18 02.09.2018
Arxiv
761
Aydın Hüseynov: "Qeyri-neft sektorunun inkişafında Rusiya, Azərbaycan üçün önəmli bazardır""Rusiya ilə Azərbaycan arasında çox böyük tarixi əlaqələr var. Hazırda Rusiyada iki milyon azərbaycanlı, Azərbaycanda isə 200 mindən çox rus yaşayır. Həm Rusiyada, həm də Azərbaycanda bu iki dövlətin, xalqın dostluğunu istəyənlər daha çoxdur". 
Bu sözləri "Sherg.az" - a Rusiya-Azərbaycan münasibətlərindəmn danışarkən, millət vəkili Aydın Hüseynov deyib.
Prezident İlham Əliyevin Rusiyaya sonuncu səfərini xatırladan millət vəkili qeyd edib ki, Azərbaycan-Rusiya dostluğunun möhkəm kökləri var:
"Zaman-zaman münasibətlərə xələl gətirmək istəyənlər olub, indi də də var. Onların da kim olduğu məlumdur. Onlar ermənilər və ermənipərəst qüvvələrdir. Biz onlara imkan verməməliyik ki, xalqlarımız arasında belə xoşagəlməz vəziyyətlər yaratsınlar. Onlar öz istəklərinə çata, münasibətlərimizə kölgə sala bilməyəcəklər. Çünki qeyd etdiyim kimi, Rusiyada da Azərbaycanı dəstəkləyən kifayət qədər qüvvələr var və siyasi rəhbərliyin Azərbaycan dövlətinə münasibəti çox yüksəkdir. Eləcə də Azərbaycan dövlətinin Rusiyaya qarşı münasibəti müsbətdir. Bunu cənab prezidentimizin Rusiyaya səfəri, rusiyalı həmkarı ilə görüş, verilən bəyanatlar, imzalanan sənədlər də sübut edir".

A.Hüseynov qeyd edib ki, cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri, Vladimir Putinlə bir sıra sahələrin inkişafını özündə əks etdirən sənədlərin imzalanması, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçünatılan addımlar hər iki ölkə üçün lazımlı və vacibdir:
"İqtisadi sahədə imzalanan sazişlər, iqtisadi əməkdaşlıq sənədlərinin razılaşdırılıb imzalanması böyük əhəmiyyətə malikdir. Qeyri-neft sektorunun inkişafında Rusiya, Azərbaycan üçün önəmli bazardır. Bizim məhsullar üçün Rusiya bazarları vacib və çox əhəmiyyətlidir. Əməkdaşlıqla bağlı prezidentlərin razılığı, münasibətlərin daha da inkişaf etdirilməsi üçün lazımi dövlət sənədlərinin imzalanması çox önəmlidir. Bununla Azərbaycan iqtisadiyyatı daha da güclənəcək, ölkəyə valyuta axını artacaq. Bütün bunları nəzərə alaraq prezidentin Rusiya səfərini çox yüksək qiymətləndirirəm".
Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfərə gedib. Rusiyalı həmkarı Vladimir Putinlə Soçi şəhərində baş tutan görüşdə bir sıra məsələlər müzakirə olunub. Həmçinin Rusiya-Azərbaycan əlaqələrini inkişaf etdirəcək, əməkdaşlığı gücləndirəcək siyasi və iqtisadi ssazişlər imzalanıb.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə