Rusiya və Türkiyə XİN rəhbərləri nədən danışıb? - AÇIQLAMA

İlqar Vəlizadə: "Suriya böhranı, enerji layihələri və ikitərəfli ticarət müzakirə olunan mövzular sırasına daxil edilə bilər"


"Rusiya və Türkiyə XİN rəhbərlərinin görüşünün nəticələri barədə məlumat verilməyib”.

Bunu Sherg.az-a ötən gün baş tutacağı deyilən sözügedən görüş haqqında danışarkən politoloq İlqar Vəlizadə deyib. 

O bildirib ki, nazirlərin görüşündə Suriya böhranı və iki ölkə arasındakı əlaqələr müzakirə olunub:

"Adətən, bu görüşlərə nəzər saldıqda qlobal məsələlərin də regional problemlərin ön plana çəkildiyinin şahidi oluruq. Türkiyə-Rusiya münasibətlərinin digər aktual tərəfləri də var. Enerji layihələri və ikitərəfli ticarət müzakirə olunan mövzular sırasına daxil edilə bilər. Hər iki ölkənin müxtəlif sahə nazirlikləri arasında da bunlar müzakirə olunur.

Xarici işlər nazirləri regionda baş verən siyasi proseslərin müzakirəsinə daha çox diqqət ayırıb. Hazırda Suriya ətrafında müəyyən mənzərə yaranıb. Rusiya, İran, Türkiyə formatında oyun qaydaları formalaşır. Bu məsələdə tərəflərin fikirləri əksərən Amerika Birləşmiş Ştatlarının mövqeyi ilə toqquşur. Ona görə, nazirlər ziddiyyətlərin minimum həddə endirilməsi ilə bağlı fikir mübadiləsi aparıb”.

Qeyd edək ki, XİN rəhbərləri, Suriyada deeskalasiya zonası yaradılması və bu ölkədə hərbi əməliyyatların dayandırılması məsələsini müzakirə ediblər.

Türkiyə Xarici İşlər Nazirliyi görüşdə iki ölkə arasında ticarət əlaqələri və viza məsələlərinin də müzakirə olunduğunu açıqlayıb.

Aysel Aslan