Rusiyadakı azərbaycanlılardan "Ədalətli Rusiya" partiyasına etiraz
15:58 30.03.2021
Arxiv
335
"Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası"nın Məşvərət Şurası və "Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatı (AzerRos) bu ölkədə fəaliyyət göstərən "Ədalətli Rusiya" partiyasının mərkəzi aparatının sədr müavini Nikolay Noviçkovun təxribat xarakterli bəyanatına kəskin etirazlarını bildiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, hər iki təşkilatın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və digər rəsmi qurumlara ünvanlanan müraciətlərində bildirilib ki, soydaşlarımız N.Noviçkovun Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi hesabına bu ölkənin ərazilərinin genişləndirilməsi haqqında tezisin partiyanın seçkiqabağı proqramına daxil edilməsi ilə bağlı 25 mart 2021-ci il tarixli brifinqdə səsləndirdiyi bəyanatdan ciddi narahatlıq ifadə edirlər.
Bu bəyanatın Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın güclü şəkildə möhkəmləndirildiyi, dövlət başçısı V.Putinin "Dağlıq Qarabağ suveren Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir" bəyanatının səsləndirdiyi bir dönəmdə meydana çıxdığı, dövlət sərhədlərinin toxunulmazlığına dair beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb.
Soydaşlarımız hesab edirlər ki, Noviçkovun bəyanatı regionda qeyri-sabitliyə, münaqişə potensialının gərginləşdirilməsinə xidmət edir, Rusiya Prezidentinin sülhün təmin olunmasına dair barış təşəbbüslərinə zərər vurmaq məqsədi güdür.
Qeyd edilib ki, Rusiyadakı azərbaycanlılar və ermənilər üçün asan olmayan dönəmdə siyasətçilərin, ictimai xadimlərin və KİV-lərin öz hərəkətlərində, sözlərində və addımlarında ehtiyatlı olması çox mühümdür. "Noviçkovun bəyanatından sonra KİV-lərdə və sosial şəbəkələrdə kəskin müzakirələr və ədavətli mülahizələr səsləndirilməyə başlayıb. Hesab edirik ki, Noviçkovun bəyanatı Rusiya Federasiyasının öz ərazisində millətlərarası münaqişəyə gətirib çıxara bilər", - deyə müraciət müəllifləri vurğulayıblar.
Soydaşlarımız Rusiyanın dövlət başçısından bu cür məsuliyyətsiz hərəkətlərin qarşısının alınması məqsədilə müvafiq dövlət strukturlarına göstəriş verməyi xahiş ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya