Saakaşvili : "Gürcüstan Rusiya ilə təkbətək qalıb"





Gürcüstanın keçmiş prezidenti Mixаil Saakaşvili "Rustavi-2" televiziyasına bildirib ki, "Gürcüstan ərazi bütövlüyü problemini həll etmək üçün əlverişli vaxtı əldən buraxdı.”
"Baş nazir "hər şey yaxşıdır”- dediyi vaxt hərəkət etmək lazım idi. Bu onu göstərir ki, biz dünya proseslərindən geri və Rusiya ilə təkbətək qalmışıq”. Saakaşvili deyib ki,"indiki Gürcüstan rəhbərliyi səriştəsizdir, ya да Rusiyanın sifarişini yerinə yetirir, - bunun əhəmiyyəti yoxdur. Bu, istənilən halda, vətənə xəyanətdir”.