Saakaşvili taktiki siyasi gediş etdi: Vaşadze partiya sədri kimi önə çıxarılır - ŞƏRH

"Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sədri olduğu Vahid Milli Hərəkat partiyası qurultay keçirərək Qriqol Vaşadzeni partiya sədri seçib".
Bunu "Sherg.az"a açıqlamasında "Cənubi Qafqaz" Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçi bildirib ki, Saakaşvili özünün Gürcüstana qayıtmaq perspektivi olmadığı üçün rəhbərlikdən gedərək Vaşadzeni dəstəkləyib: 
"Saakaşvilinin bu addımı atmasında əsas səbəb növbəti parlament seçkilərində partiyasının qələbə çalmasına nail olmaqdan ibarətdir. O özünün partiya rəhbərliyində qalmasını mənasız olduğunun fərqində idi. Əgər, partiyanın rəhbərliyində qalardısa, növbəti seçkilərdə yenidən partiyası məğlub olacaqdı. Çünki, Saakaşvilinin artıq gürcü cəmiyyətində siyasi reputasiyasında ciddi boşluqlar var. Onun rəhbərlikdən gedərək, Vaşadzeni dəstəkləməsi Gürcüstanda yeni siyasi mərhələnin başlanmasına və partiyanın güclənməsinə gətirəcək".
Ekspert vurğulayıb ki, ötən il Gürcüstanda prezident seçkilərində Vaşadze demək olar ki, birinci turda Salome Zurabaşvili ilə eyni səsə malik idi: "İkinci turda hakim partiyanın seçiciləri ələ alması prosesi son anda dəyişə bildi. Amma, parlament seçkilərində İvanaşvilini surpirizlər gözləyə bilər. Bu onu göstərir ki, növbəti parlament seçkilərində xalq Vaşadzenin rəhbəri olduğu partiyanı dəstəkləyəcək. Ona görə də Saakaşvili taktiki siyasi gediş edərək Vaşadzeni dəstəkləməklə doğru addım atdı. Vahid Milli Hərəkat partiyasını Qriqol Vaşadze kifayət qədər elektoratını gücləndirəcək. Partiya parlament seçkilərində Bidzina İvanaşvilinin "Gürcü Arzusu" partiyasını məğlub edə bilər".
Politoloqun sözlərinə görə, Gürcüstan əhalisi hazırkı iqtidardan narazıdır: 
"Yeni qüvvələrin hakmiyyətə gəlməsində maraqlıdırlar. Bu, yeni qüvvə məhz Qriqol Vaşadzenin olmaq şansı böyükdür. Seçkilərdə qələbə çalınarsa Saakaşvilinin ölkəsinə dönə biləcək. Vahid Milli Hərəkat partiyasının hakimiyyətə gəlişi ölkəmizin siyasi maraqlarına cavab verir. Gürcüstanla ölkəmiz arasında etimad mühiti daha da inkişaf edə bilər. Ermənistanla Gürcüstan arasında hazırkı dialoqlar və yolların açılması ilə bağlı görüşlərə son verilər".
M.Əsədullazadə bildirib ki, Gürcüstan azərbaycanlıları bu ölkədə parlament seçkilərində Vahid Milli Hərəkat partiyasının namizdələrini ötənilki seçkilərdə olduğu kimi dəstəkləməlidir: "Əgər, İvanaşvili elektoradı hakmiyyətdən gedərsə, Gürcüstanda demokratiya inkişaf edəcək və azərbaycanlılar öz haqları uğrunda mübarizəsində önə çıxa biləcəklər".
İsmayıl