"Saakaşvili Ukraynadakı proseslərə müdaxilə etməyə çalışır"





"Saakaşvili müxtəlif vasitələrlə Ukraynadakı siyasi proseslərə müdaxilə etmək istəyir”.

Bu sözləri "Sherg.az”a politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, Saakaşvili 2019-cu ildə Ukrayna seçkiləri ərəfəsində vəziyyətdən istifadə etməyə çalışacaq: "

"Onun tərəfdarları da maraqlıdırlar ki, Saakaşvili siyasətdə iştirak etsin. Yaranmış vəziyyət Pyotr Poraşenkonun opponentlərinə öz fəaliyyətini bunun üzərində qurmağa imkan verir. Onlar, Poraşenko və Saakaşvili arasında qarşıdurmadan istifadə edirlər və beləliklə öz reytinqlərini artırırlar.

Saakaşvili Hollandiyada olsa da, Ukraynadakı proseslərdən əl çəkmir. Lakin bu ərəfələrdə fəallığı bir müddət zəifləyə bilər”.

Qeyd edək ki, dünən Ukraynada Sakaşvili tərəfdarları etiraz aksiyası keçirib.

Aysel Aslan