Saakaşvili Ukraynaya vəzifəyə müvəqqəti gətirilib
20:45 12.02.2015
Arxiv
629
Sabiq prezident öz ölkəsinə qayıdacaq, parlament seçkilərinə bir neçə ay qalır
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə Ukraynada yüksək vəzifə həvalə olunub. Keçmiş lider prezident Pyotr Poroşenkonun yanında beynəlxalq Müşavirlər Şurasının sədri təyin edilib. Yeni təyinatın Poroşenko tərəfindən elan ediləcəyi bildirilir. İddialara görə, P.Poroşenko məsələyə dair brifinq keçirib və yığıncaqda M.Saakaşvili də iştirak edib.
Eks-prezidentin təyinatını şərh edən Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, simvolik vəzifədir. Ekspertin qənaətincə, Saakaşvili Ukraynanın beynəlxalq səviyyədə əlaqələrinin təmin edilməsinə yardım göstərəcək: "Saakaşvili desə idi ki, Gürcüstandakı partiyasından və təşkilatın siyasi perspektivlərindən imtina edib, onda yozmaq olardı ki, keçmiş lider Ukraynadakı mövqeyi ilə razılaşıb. Amma Saakaşvili ora müvəqqəti gətirilib. Onun vəzifəyə gəlməkdə əsas hədəfi dünyada yüksək reytinqə malik olduğunu sübut etməkdir. Yeni imkanlar qazanır. Beynəlxalq əlaqələrini gücləndirir. Bu kontaktlar vasitəsilə Gürcüstandakı siyasi proseslərə təsir göstərmək şansı əldə edir. Ən başlıcası isə odur ki, bu təyinat Saakaşvilinin reytinqinə zərrə qədər zərbə vurmadı. Reytinqini bir xeyli yüksəltdi. Saakaşvili istənilən vaxt bu vəzifədən istefa verə bilər. Bu elə bir vəzifə deyil ki, onun üzərinə uzunmüddətli məsuliyyət qoyulsun. Sabiq prezident, sadəcə, Kiyevi böhranlı durumdan çıxarmağa çalışır. Bu istiqamətdə onlara yardımçı olmaq istəyir. Amma güman etmirəm ki, Saakaşvili öz vətəninin ərazi bütövlüyü uğrunda mübarizədən və yarımçıq qoyub gəldiyi işlərin davam etdirilməsi xəttindən imtina etsin. O, ölkəsini demokrtik dövlətə çevirmək istəyir”.
Ekspert bəyan edib ki, Saakaşvili ölkəsinə qayıdacaq: "Parlament seçkilərinə bir neçə ay qalır. Saakaşvili vəd verdiyi kimi ölkəsinə qayıdacaq. Onun üçün ən başlıca hədəf Gürcüstanın inkişafıdır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya