"Saakaşvilinin arxasında ABŞ və Qərb dayanmışdı" - İndi təklənib?
13:57 05.12.2017
Arxiv
1299
"Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatu Mixail Saakaşvili ziddiyyətli, qeyri-adi siyasətçidir. O Ukraynada Pyotr Poraşenkonun hakimiyyətinə qarşı insanları qaldırmağa çalışır”.
Bunu barədə "Sherg.az”a politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, Ukrayna hakimiyyəti hələlik dözümlülük nümayiş etdirir:
"Əgər bu vəziyyət davam edərsə, Saakaşvili qanuni hakimiyyətə qarşı müxtəlif mitinqlər, etirazlar hazırlasa müəyyən tədbirlər görüləcək. Onun evindən çıxarılması, maşına mindirilib aparılması ilk addımlardır. Görünür, başqa addımlar da atılacaq. Son hadisənin arxasında o mesajlar dayanır ki, hakimiyyətə qarşı çıxış etsən, insanları küçələrə çıxarsan, cinayət işi açmağa hazırıq”.
M.Saakaşvilinin arxasında hansı qüvvələrin dayanmasına gəlincə, politoloq xatırladıb ki, onun arxasında həm ABŞ, həm də Qərb ölkələri dayanmışdı:
"Əslində indi də onlar Saakaşvilini dəstəkləyir. Düzdür, birmənalı şəkildə ABŞ və ya digər Qərb ölkələrinin onu Poroşenkoya qarşı sürüklədiyini demək olmaz. Amma görünür, bir sıra Amerika dairələri hesab edir ki, Saakaşvilidən hakimiyyətə təzyiq vasitəsi kimi istifadə etmək olar. Bunun məqsədi odur ki, Ukrayna Rusiyaya qarşı təzyiqi və qətiyyətli addımları daha da gücləndirsin. Amma düşünmürəm ki, bu, reallaşsın. Lakin Saakaşvilinin addımlarından ancaq belə məqsədlər üçün istifadə edə bilərlər”.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti ilə Baş Prokurorluğun yaydığı birgə məlumata görə, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Cinayət Məcəlləsinin 256-cı maddəsi ilə - cinayətkar təşkilatlarla əməkdaşlıqda və cinayət tərkibli əməllərdə ittiham olunur. Məlumatda, həmçinin Saakaşvilinin yaxın vaxtlarda dindiriləcəyi bildirilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə