Saakaşvilinin hakimiyyətə qayıtması problemlidir
20:31 26.05.2016
Arxiv
477
“İstənilən halda hər şey Qərbin mövqeyindən asılıdır”
Odessa qubernatoru Mixail Saakaşvili Gürcüstana qayıtmaq və yenidən siyasətlə məşğul olmaq fikrindədir. "Rustavi” kanalına danışan Saakaşvili deyib ki, heç kəs bunu təhdid kimi qəbul etməsin: "Mən Gürcüstana qayıtmaq və fəal şəkildə siyasi proseslərə qoşulmaq fikrindəyəm”.
Odessa qubernatoru bildirib ki, rəhbərlik etdiyi "Vahid milli hərəkat” partiyası yenilənməlidir. O, adını çəkmək istəmədiyi bir neçə siyasətçi ilə danışıqlar apardığını da söyləyib. Xatırladaq ki, 2015-ci ilin dekabr ayında Ukrayna vətəndaşlığını qəbul etdiyi üçün Mixail Saakaşvilinin Gürcüstan vətəndaşlığına son verilib. Eks-prezidentin yenidən Gürcüstan hakimiyyətinə gəlmə ehtimalını dəyərləndirən tanınmış ekspert Azər Rəşidoğlu "Şərq”ə deyib ki, əleyhinə çıxış edən qüvvələr az olmasa da, Saakaşvili fenomeni Gürcüstanda çox yüksək dəyərləndirilirdi:
"Saakaşvilinin qısa zamanda Gürcüstanda bir çox sosial problemləri həll etməsi, korrupsiyanın kökünü kəsməsi, struktur islahatları aparması onun adını əbədiləşdirdi. Həqiqətən Saakaşvili güclü siyasi xadimdir. Ancaq onun təzədən Gürcüstan hakimiyyətinə qayıtması bir qədər problemli görünür. Çünki Saakaşvili Gürcüstanda böyük islahatlar aparan şəxs olmaqla yanaşı, Osetiyanı və Abxaziyanı itirən şəxs kimi də tarixə düşüb. Bu baxımdan ölkədə onun əleyhinə işlənəcək ciddi arqumentlər var. Eyni zamanda Saakaşvilinin Gürcüstanda hakimiyyətə qayıtması Rusiya ilə yenidən qarşıdurmaya gətirib çıxara bilər. Çox güman ki, hazırda Ukrayna cəbhəsində mübarizə aparan Rusiya bu modelin işə düşməsinə maneçilik törədəcək”. A.Rəşidoğlunun sözlərinə görə, istənilən halda hər şey Qərbin mövqeyindən asılıdır. Əgər Qərb növbəti dəfə Saakaşvili modelini uğurla həyata keçirərsə, eks-prezident geri qayıdacaq. Amma o halda Gürcüstanda hansı gərginliklər yaşanacaq, vətəndaş qarşıdurması olacaqmı, bunu demək çətindir. Şəxsən mən Saakaşvilinin qayıtmasına az ehtimal verirəm”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə