Sabah siqaretin qiyməti bahalaşacaq - Fransada





"Sabahdan etibarən Fransada siqaretin qiyməti bahalaşacaq”

"Sherg.az" "nouvelobs.com”a istinadən xəbər verir ki, bu, 2017-ci ildən bu yana Fransada siqaretlə bağlı 8-ci qiymət artımıdır. 

Xəbərdə qeyd olunur ki, ən çox satılan siqaretlərin qiyməti 50-60 sent yüksələcək. Bu ölkədə 2020-ci ilə qədər siqaretin bir qutusunun 10 avroya çatağı bildirilir.

 Fransanın "Journal officiel" qəzetinin verdiyi məlumata görə, bu bahlaşmaya tütün məhsulları tətbiq edilən verginin artması, eyni zamanda Fransanın tütün istehsalını azaltması səbəb olub. Bir sözlə, 7.90 –a olan siqaretlər 8.50-ə, 8 avroya olan siqaretlər isə 8.60-a satılacaq.

Yazıda o da bildirilir ki, tütün məhsullarının yaratdığı xərçəng və ürək-damar xəstəlikləri nəticəsində Fransada hər il 75 min nəfər dünyasını dəyişir.

Tərcümə etdi: Ayyət Əhməd