"Sabahdan hava şəraiti düzələcək" - Rəsmi





"Yanvar ayının 11-dən artıq hava şəraiti düzələcək”.

Bunu "Sherg.az”a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin HidrometeorolojiProqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib. 

O bildirib ki, artıq sabahdan ölkə ərazisində hava şəraiti normal keçəcək:

"Əvvəlcədən xəbər verildiyi kimi, yanvar ayının 9-u axşam saatlarından etibarən ölkə ərazisində hava şəraiti dəyişmişdir. Arabir yağış yağmış, bəzi yerlərdə qar və sulu qar müşahidə olunmuşdur. Anomal hava şəraiti nəticəsində bəzi ərazilərdə qar örtüyü əmələ gəlib. 

Müşahidə olunan qeyri-sabit hava şəraiti ayın 11-nə qədər davam edəcək. 11-i gündüz saatlarında yağıntıların dinəcəyi və əksər rayonlarda yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. 
Hava şəraitinin artıq ayın 12-də 2-3 dərəcə yüksələcəyi proqnozlaşdırılır”.

Aysel Aslan