Sabahdan imtahanlarda iştirak üçün ödənişin məbləği artır





Sabahdan dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq ediləcək.
ONA-nın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) saytında məlumat yerləşdirilib.
Aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların qiyməti aşağıdakı kimi olacaq:

AA - 130 AZN
AB - 118 AZN
AC - 106 AZN
BA - 94 AZN
BB - 83 AZN

Qeyd edək ki, Tarif (Qiymət) Şurasının qərarına əsasən, indiyə qədər qiymətlər aşağıdakı kimi olub:

AA - 110 AZN
AB - 100 AZN
AC - 90 AZN
BA - 80 AZN
BB - 70 AZN