Sabahın hava PROQNOZU






Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə "Sherg..az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata əsasən Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 22-27, Bakıda gecə 12-14, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturunun gecə 9-14, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.