Pənah Hüseyn: "İqtidar, müxalifət, ziyalılarımız, gənclərimiz, bütün xalq əl-ələ verib, müharibə yolu ilə Qarabağı işğalçılardan təmizləməliyik"
"Düşmən hər zaman öz mənafeyinə uyğun hərəkət edir, özünə yararlı açıqlamalar səsləndirir”.
Bunu "Sherg.az”a Ermənistan xarici işlər naziri Evard Nalbandyanın Avropa Parlamenti xarici əlaqələr komitəsində fevralın 21-i tarixli çıxışına münasibət bildirərkən Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn deyib.
O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi sonda müharibə yolu ilə həll olunacaq:

"İqtidar, müxalifət, ziyalılarımız, gənclərimiz, bütün xalq əl-ələ verib, müharibə yolu ilə Qarabağı işğalçılardan təmizləməliyik. Bu o demək deyil ki, diplomatik iş aparılmamalıdır. Kompleks addımlar atmaq lazımdır. Amma sonunda mütləq xalq silaha sarılıb, torpaqlarını işğaldan azad etməlidir”.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi E.Nalbandyanın sözügedən çıxışını şərh edib. XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistan xarici işlər işlər Avropa Parlamentində çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar faktları, beynəlxalq hüququn norma və prinsiplərini təhrif etmək və cəfəng iddialar irəli sürməklə məşğuldur. Biz yenə də Ermənistan xarici işlər nazirini beynəlxalq hüquq və Helsinki Yekun Aktı barəsində maarifləndirmək məcburiyyətindəyik.
Aysel Aslan