
Sabir ölüm yatağında nə söyləyib? - Qardaşı oğlu Zeynalabdin söyləyir
17:22 15.12.2016
Arxiv
1569

Mən, Sabirin böyük qardaşı Mehdiqulunun oğluyam. Əmim xəstə yatarkən mən, demək olar ki, həmişə onun yanında olurdum. O zamankı hadisələrin bir çoxlarını indi unutmuşam. Lakin əmimin həyatının son günlərində baş verən bəzi əhvalatlar yadımdadır ki, onları Sabirin oxucularına danışmaq istəyirəm.
Mirzə Cəlilin məktubu
Əmim 1911-ci ilin yazında müalicə üçün Tiflisə, sonra isə Bakıya getmişdi. Müalicə yaxşı nəticə vermədiyi üçün vəziyyəti ağır bir halda Şamaxıya qayıdıb gəlmişdi. Şamaxıda keçirdiyi son günlərdə mən həmişə onun çarpayısının yanında olardım. O, üzü küçəyə baxan eyvanda yatırdı. Vəziyyəti nə qədər ağır olsa da, təmkinini itirmir, heç bir vaxt ev adamlarını, yaxın dostlarını narahat etmək istəmirdi.
Bir gün şəhərin hörmətli tacirlərindən Hacı Əbdürrəhim Səmədov əmimin yanına gəldi, ona üç yüz manat pul və bir ağzı bağlı paket verdi. Əmim paketi açıb məktubu oxudu. Məktub «Molla Nəsrəddin» jurnalının redaktoru Mirzə Cəlildən idi. Məktubun məzmunu olduğu kimi yadımda deyil. Məktubda təxminən bu sözlər yazılmışdı: "Sabir, adamın yaxın bir dostu xəstə olanda onu yoluxmağa gedir, özü də əliboş getmir, gücü çatan bir töhfə də aparır. Təəssüf ki, Şamaxıya gəlib, səni şəxsən yoluxmağa imkanım yoxdur. Bu üç yüz manatı bir töhfə kimi məndən qəbul et".
Əmimin həsrəti
Əmim öz əsərlərini – əl yazmalarını bir yerə toplayıb taxçaya qoymuşdu. O, bunları bir kitab halında görmək həsrəti ilə yaşayırdı. Xəstə yatanda tez-tez həmin taxçaya tərəf baxar, «onlardan müğayət olun» - deyərdi.
Ölümündən bir neçə dəqiqə əvvəl, o məni yanına çağırtdırdı. Əmim nə isə mənə demək istəyirdi, lakin deyə bilmədi. Kim bilir, bəlkə o, yenə də əsərlərini xatırlamaq istəyirdi.
İstədiyi son sözü deyə bilməməsi mənim üçün böyük bir dərd oldu. Bu dərd indi də ürəyimdə yaşamaqdadır.
Əmimin dəfni
Əmimin tərcümeyi-halı, xüsusən, ölümü və dəfni haqqında mən bir çox müəlliflərin yazılarını oxumuşam. Bu yazılarda bəzən əmimin dəfni düzgün təsvir edilmir. Bəzi müəlliflər yazırlar ki, guya Şamaxı camaatı Sabiri ehtiramla dəfn etməmişdir.
Əlbəttə, Şamaxıda əmimin düşmənləri az deyildi. Dindarlar, xüsusən ruhanilər onu sevmir, onu təkfir edirdilər. Lakin əmimin dostları da çox idi. Onlar, yəni maarif və mədəniyyətin dostları heç bir vaxt əmimi köhnəpərəstlərin ayağına vermirdilər. Odur ki, köhnəpərəstlər əmimi açıqdan-açığa təkfir etməyə cəsarət etmirdilər.
Əmimin dəfni bugünkü gün kimi yadımdadır. Yay idi. Başqa yerlərdə olan ziyalılar da Şamaxıda idilər. Əmimin ölüm xəbəri onun bütün dostlarını – oxumuşları sarsıtmışdı. Onlar böyük yas və kədər içərisində idilər. Qapımıza böyük bir izdiham toplanmışdı. Əmimin ölümü münasibətilə o gün bütün məktəblər bağlanmışdı. Əmim böyük ehtiramla dəfn edildi.
Əlbəttə, o zaman küncdə-bucaqda deyinən də olmuşdu. Məsələn, sonra biz eşitdik ki, əmim ölən günü Hacı Şeyx Həbib deyibmiş ki, «Kim Sabirin ölüsünün üstünə getsə kafirdir». Ancaq o, bu sözü aşkarda deyil, gizlində demişdi.
Əmim öləndən sonra daha mən Şamaxıda qalmadım, köçüb Qalağayına – indiki Sabirabada gəldim və indi də orada yaşayıram.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm
İstanbulda binanın dağıntıları altından 5 nəfər xilas edilib
10:06 08.10.2026
Hadisə
İçində 110 nəfərin olduğu təyyarəni ildırım vurdu
09:52 08.10.2026
Hadisə
Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
09:42 08.10.2026
Dünya