Sabirabadda “Mersedes” motosikleti vurub




Sabirabad rayonu Qaratəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul-Horadiz avtomagistralının 35-ci kilometrliyində olub.

Motosikletlə "Mersedes” markalı avtomaşının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.