Saç ustasına media mükafatı verildi: Biabırçılıqdı
15:45 31.08.2017
Arxiv
1468
"Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı çox biabırçı, medianın adına ləkə olan təşkilatdır”.
Bunu "Sherg.az”a sözügedən təşkilat tərəfindən saç ustasına media mükafatı verilməsinə münasibət bildirərkən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət deyib. O bildirib ki, uzun illərdir fəaliyyət göstərən bu təşkilat dövlət qeydiyyatından da keçib:
"Həmin şəxslər utanmadan hər yoldan keçənə bir diplom satırlar. Möhür vurub, dünyadan bixəbər şəxslərə bu diplomu təqdim edirlər. Məsələn, həmin dəlləyə demək lazımdır ki, media mükafatı sənə nəyə görə verilməlidir?
KİVİHİ-in "Qızıl qələm” mükafatı da var və ayrı-ayrı hökumət nümayəndələrinə belə bunu satırlar. Hətta mən çox hörmətli prosessorların otağında da "Qızıl qələm” mükafatına rast gəlmişəm. Bu adamlar utanmadan, düşünmədən pul verib, mükafatı alırlar. Fırıldaqçılar isə kimə gəldi media mükafatlarını satmaqla məşğuldurlar.
Dələduz təşkilatla bağlı həmkarlarımızın da dəstəyi ilə məsələ qaldırmışdıq ki, tədbir görülsün. Lakin təəssüf ki, aidiyyəti qurumlardan bu təşəbbüsə dəstək verən olmadı. Saç ustasına verilən diplomu gördükdə bu qənaətə gəldim ki, bayramdan sonra həmkarlarımıza müraciət edəm. Bir neçə jurnalistikanın önündə gedən şəxslər və təşkilatlar Ədliyyə Nazirliyinə müraciət edib, KİVİHİ-nin ləğvini tələb etməliyik. Bu təşkilat jurnalistikanın adından biabırçı, biədəb formada istifadə etməklə məşğuldur. Jurnalistikanın içindəki vəziyyətdən xəbəri olmayanlar isə bütün jurnalistlərin və təşkilatların belə fırıldaqçılıq etdiyini düşünür. Ona görə, bu təşkilat ləğv edilməlidir”.
Qeyd edək ki, sosial şəbəkədə yayılan mükafatın görüntüsü media nümayəndələrinin ciddi narazılığına səbəb olub. Media mütəxəssisləri mətbuatın adından istifadə edib əldə qayırma diplom və mükafatlar təsis edən, bu yolla da özlərinə biznes quran şəxslərin əməllərini kəskin tənqid ediblər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya