Sahibkarlara güzəştli kreditlərin verilməsi üçün ilkin işlərə başlanılıb
10:29 30.03.2019
Arxiv
484
Əvvəlcədən məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Bakı şəhəri, Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (ünvan: Atatürk prospekti 134, telefon: 012-404-04-01) martın 29-dan onların fərdi qaydada qəbulu təşkil olunub.
Nazirlikdən "Sherg.az"a verilən məlumata görə, Qəbul İşçi Qrupu tərəfindən ziyan dəymiş sahibkarların hər biri ilə qabaqcadan razılaşdırılmaqla müəyyən olunmuş vaxtlarda həyata keçirilir.
Bununla bağlı martın 29-da 142 sahibkar fərdi qaydada qəbul edilib, onların problemləri, dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilib, baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklər və bu istiqamətdə tələb olunan işlər müzakirə olunub.
Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılığa əsasən ilkin olaraq Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ümumi sahəsi 12 000 kv.m olan 350-yə yaxın ticarət obyekti 5 ay icarə haqqı ödənilməmək şərti ilə istifadə etmələri üçün sahibkarlara təklif edilib.
Bununla əlaqədar təqdim edilən təkliflər üzrə qəbul zamanı aparılmış müzakirələrin nəticəsi olaraq, 135 sahibkar tərəfindən 4934 kv.m sahədə ticarət obyektinə ehtiyaclarının olduğu müəyyən edilib və bu istiqamətdə işlərə başlanılıb.
Eyni zamanda qəbul zamanı İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi imkanları da sahibkarların diqqətinə çatdırılıb və nəticədə artıq 126 sahibkar tərəfindən təxminən 6,3 milyon manatdan çox güzəştli kreditdən istifadə etmək istəklərində olduqları bildirilib. Bununla bağlı Sahibkarlığın İnkişafı Fondu tərəfindən həmin sahibkarlarla ilkin işlərə başlanılıb və zəruri məlumatlandırma aparılıb.
Qəbulun 30-31 mart tarixlərində davam etdirilməsi və başa çatdırılması planlaşdırılır, nəticələri barədə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bazara “Xırçıldayan ləzzət” gəlir
17:03 20.05.2026
İqtisadiyyat
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual